Icma.az
close
up
RU
Bakını gözləyən təhlükə: 72 il öncə peyda oldu Dövlət hərəkətə keçir?

Bakını gözləyən təhlükə: 72 il öncə peyda oldu Dövlət hərəkətə keçir?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinə 450 milyon manat ayrılması planlaşdırılır. Bu məsələ ictimaiyyətdə bir sıra narahatlıqlara səbəb olub. Belə ki, bir neçə il əvvəl zavodun Qaradağa köçürülməsi müzakirə olunurdu. Lakin neftin ucuzlaşması, iqtisadi böhran, devalvasiya və inflyasiya səbəbindən layihə yarımçıq qaldı. Mütəxəssislər bildirirlər ki, zavodun yaşayış məntəqəsində yerləşməsi həm təhlükəsizlik, həm də ekoloji baxımdan yolverilməzdir.

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlı hələ 2015-ci ildə qərar verilmişdi:

“Prezident 2008-ci ilin may ayında hökumətə tapşırmışdı ki, Bakı şəhəri hüdudlarında yerləşən iki neftayırma zavodunun şəhər kənarına köçürülməsi təmin edilsin. Bu məsələ 2015-ci ilin aprel ayına qədər bir neçə variantda müzakirə edildi və SOCAR modernləşdirmə ilə bağlı layihələndirmə işləri apardı və bu, olduqca baha başa gəldi. 2015-ci ildəki devalvasiyadan və neft qiymətlərinin ucuzlaşmasından sonra qərara alındı ki, yeni zavod tikmək əvəzinə, mövcud yer təmir olunsun. Həmin zavod 1953-cü ildə istismara verilib və hazırda 72 yaşı var. “Azərneftyağ” zavodu isə 2018-ci ildə demontaj edilərək ləğv olunmalı idi. Lakin bu gün də ilkin neft emalı proseslərində istifadə edilir. Zavodun yanından keçənlər orada hələ də məşəl yandığını görə bilərlər. Bu, emal prosesində əmələ gələn qazların havaya buraxılmaması üçün olsa da, prosesin ekologiyaya təsiri də az deyil”.

İlham Şaban

Ekspert bildirib ki, neft emalı zavodu yüksək risk dərəcəsinə malik sənaye obyektidir:

“Əgər orada hər hansı yanğın və ya partlayış baş verərsə, bu, Bakının mərkəzində yerləşən, yanğın və ekoloji riskləri ən yüksək səviyyədə olan bir obyekt üçün çox təhlükəli olar. Qeyd etdiyim qərardan 10 il keçib, lakin zavodun biri hələ də Bakı buxtasının kənarında yerləşir. Bu isə həm ekologiyaya, həm bulvarın genişlənməsinə, həm də “Ağ Şəhər” kimi yeni yaşayış məntəqələrinin formalaşmasına mane olur. İnsanların burada normal oksigen qəbul etməsini çətinləşdirir. Maraqlısı odur ki, 10 il ərzində Heydər Əliyev adına Neftayırma Zavodunun modernləşdirilməsinə nə qədər vəsaitin xərcləndiyi barədə konkret rəqəmlərə rast gəlməmişəm. Bu barədə dəqiq məlumat yoxdur. Məsələ odur ki, zavodun modernləşdirilməsi prosesi davam edir və qrafikə görə bu işlər 2027-ci ilin dördüncü rübündə başa çatmalıdır. Təbii ki, ora kapital yönləndiriləcək, ancaq biz hələ də “Avro-5” standartında nə dizel yanacağı istehsal edə bilirik, nə də özümüzü benzinlə təmin edirik”.

Heydər Əliyev adına Neft Emalı Zavodu

İ.Şaban qeyd edib ki, zavodun emal gücü tələbatı ödəməyə çatmır və buna görə də idxal davam edir:

“Bu idxal Türkmənistan, Rusiya, Belarus, Rumıniya, Bolqarıstan kimi ölkələrdən həyata keçirilir. Avqust ayından etibarən 95 markalı benzinin kiçik həcmdə ixracına başlanması müsbət haldır, amma idxal həcmi hələ də kifayət qədər böyükdür. Mən hər zaman belə obyektlərin şəhər daxilində saxlanmasının əleyhinə olmuşam. Təəssüf ki, ölkə başçısının uzaqgörən addımları tam şəkildə həyata keçirilməyib. Düşündülər ki, zavodun təmiri daha ucuz başa gələcək. Halbuki, İzmirdə sıfırdan tikilmiş zavod ötən il 13 milyon ton neft emal edib və ona 6,5 milyard dollar vəsait xərclənib. Biz isə ondan iki dəfə aşağı gücə malik bir zavodu tikmək istəyirdik. Lakin 10 il ərzində, həmin layihəyə daha çox vəsait xərcləndiyini ehtimal etmək olar. Rəqəmləri yalnız rəsmi qurumlar dəqiqləşdirə bilər. Hər halda, bu, kiçik məsələ deyil”.

Mütəxəssis xatırladıb ki, 2025-ci ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti DTX) sözügedən zavodda iki dəfə baş verən qəza ilə bağlı əməliyyat da keçirib.

“Yanğın və istehsal qəzası qısa zamanda lokallaşdırıldı. Amma bu fakt bir daha sübut etdi ki, belə bir təhlükə realdır”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri