Icma.az
close
up
RU
Putinin Azərbaycanla bağlı növbəti addımı ifşa edildi Bakını gözləyən təhlükə

Putinin Azərbaycanla bağlı növbəti addımı ifşa edildi Bakını gözləyən təhlükə

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus bazarın bağlanması, həm iqtisadi, həm də etnik münasibətlər baxımından ciddi narahatlıqlar doğurur. İddialara görə, Moskvadakı iri ticarət mərkəzləri – “Sadovod” və “Food City” də hədəfdədir. Bu bazarlar uzun illərdir ki, Rusiya daxilində ticarət dövriyyəsinə böyük töhfə verir və minlərlə insanın dolanışıq mənbəyidir.

Azərbaycanlılara məxsus bazarların ardıcıl şəkildə bağlanması Rusiya iqtisadiyyatına hansı konkret zərərləri verə bilər? Bu prosesin davamı olaraq, Bakı ilə bağlı növbəti hansı addımların atılması ehtimal olunur?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu, iki dövlət arasında davam edən siyasi məsələdir:

Rusiya münasibətlərin gərginləşməsi fonunda daxili imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərir. Hətta iki ölkə arasında siyasi münasibətlər normallaşana qədər bu proses davam edəcək. Yekaterinburqda yaşananlara təsir edən digər amillər olsa da, Putin hakimiyyəti azərbaycanlıları öldürmək niyyətində deyil. Məqsəd rəsmi Bakıya siyasi təzyiq göstərərək, onun müstəqil xarici siyasətini dəyişməkdir. Kreml bizim regiondakı müstəqil mövqeyimizi qəbul etmir və Avropa İttifaqı (Aİ) ilə münasibətlərimizin dayandırılmasını istəyir. Lakin bu, geosiyasi maraqlarımıza uyğun deyil. Buna görə də Bakı Moskvanın təzyiqlərinə qarşı addımlarını davam etdirir”.

Həmçinin oxuyun:

Moskva məşhur ssenarini işə saldı – Bakı təcili hazırlıq görməlidir

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Rusiya Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri tətbiq edir:

“Ölkəmizdən idxal edilən məhsulları əngəlləyir, geri qaytarır, Xankəndini “Stepanakert” adlandırır və sair. Bu təzyiqlər, həm də Rusiya bazarlarına birbaşa təsir göstərir. Çünki həmin yerlərdə, əsasən azərbaycanlılar işləyir və onların üzləşdiyi vəziyyət ticarət mərkəzlərinin bağlanmasına səbəb olur. Bu isə Federasiyanın iqtisadiyyatına ciddi zərər vurur və qiymət artımına yol açır. Hazırda qonşu ölkədə qiymətlərin bahalaşmasının səbəblərindən biri azərbaycanlı və digər postsovet ölkələrindən gələn əmək miqrantlarının əleyhinə aparılan siyasətdir. Bu aqressiya zamanla artacaq, çünki Azərbaycan Rusiyanın istəklərinə uyğun hərəkət etməyə hazır deyil. Nəticədə Rusiya bütün siyasi və iqtisadi alətlərdən istifadə edərək Azərbaycana qarşı təzyiqini artıracaq”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri