Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakını necə “xilas etmək” olar?

Bakını necə “xilas etmək” olar?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərində hər gün minlərlə sürücü və sərnişinin qarşılaşdığı tıxac problemi getdikcə daha da kəskinləşir.

Nəqliyyat sıxlığını azaltmaq məqsədilə müxtəlif alternativ həll yolları müzakirə olunur. Onlardan biri universitetlərin paytaxtdan kənara, regionlara köçürülməsidir. Ekspertlər hesab edirlər ki, bu addım tələbə və müəllimlərin gündəlik Bakıya axınını əhəmiyyətli dərəcədə azaldaraq, şəhər yollarında vəziyyəti yüngülləşdirə bilər. 

Bakıdakı tıxac probleminin artması universitetlərin regionlara köçürülməsi ideyasını gündəmə gətirsə də, hazırda rayonların infrastrukturunun bu genişmiqyaslı köçü qarşılaya biləcəyi suallar doğurur. Xüsusilə yaşayış yerlərinin yetərli olub-olmaması, səhiyyə xidmətlərinin tələb olunan səviyyədə təşkili, ictimai nəqliyyatın və yolların imkanları geniş müzakirə mövzusudur. 

Universitetlərin paytaxtdan kənara köçürülməsi tıxac problemini nə dərəcədə azalda bilər? Rayonların hazırkı infrastrukturu minlərlə tələbə və müəllimi qəbul etməyə nə dərəcədə hazırdır? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu məsələ ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir: 

“Dövlət qurumları, universitetlər və digər strukturların şəhərdən kənara köçürülməsi ideyası tez-tez səsləndirilir. Düzdür, bu addım müəyyən mənada müsbət təsir göstərə, tıxacları qismən azalda bilər. Lakin bu, problemin yeganə və əsas çıxış yolu deyil. Universitetlər və dövlət qurumları şəhərdə də fəaliyyət göstərə bilər. 

Əsas məsələ ictimai nəqliyyatın işinin optimallaşdırılması, onun əlçatan və səmərəli hala gətirilməsidir. Buraya avtobus zolaqlarının düzgün təşkili, onların fəaliyyətindəki gecikmələrin aradan qaldırılması, bu gecikmələrə səbəb olan nüansların həlli, eyni zamanda metro stansiyalarının sayının artırılması daxildir. 

Bu problemlər həll olunduqdan və insanlar fərdi nəqliyyat vasitələrindən imtina edərək ictimai nəqliyyata yönəldikdən sonra universitetlərin və qurumların şəhərdə və ya şəhərdən kənarda yerləşməsinin ciddi fərqi olmayacaq. 

Çünki burada əsas məsələ qurulmuş və işlək bir nəqliyyat sistemidir”. Onun sözlərinə görə, universitetlərin və dövlət qurumlarının şəhərdən uzaqlaşdırılması ilk növbədə çox çətin və uzunmüddətli prosesdir: 

“Bunun üçün böyük infrastruktur yaradılmalı, müəllim heyəti və digər əməkdaşlar ora köçürülməlidir ki, bu da özlüyündə ciddi çətinliklər yaradır. Yəni təkcə universitetləri köçürməklə problem həll olunmayacaq. Əsas diqqət nəqliyyat sahəsində real və effektiv addımların atılmasına yönəlməlidir. 

Fərdi nəqliyyat vasitələrindən daha çox avtobus və metrodan istifadənin təşviqi tıxacların azalmasına müsbət təsir göstərir. Məsələn, mənim şəxsi avtomobilim olmasına baxmayaraq,  Yasamaldan Nərimanova metro ilə getdim və həm daha tez çatdım, həm də yolda vaxt itirmədim”. 

Ekspert qeyd edib ki, bu baxımdan avtomobili olan insanları da ictimai nəqliyyatdan istifadəyə təşviq etmək lazımdır: 

“Əgər təcili xəstə daşınmırsa, yük yoxdursa, şəxsi avtomobildən istifadə vacib deyilsə, səfəri rahatlıqla ictimai nəqliyyatla həyata keçirmək mümkündür. Yanaşma məhz bu cür olmalıdır. Hesab edirəm ki, universitetləri rayonlara köçürməklə vəziyyət köklü şəkildə dəyişməyəcək. Əsas həll yolu ictimai nəqliyyatın səmərəli və cəlbedici şəkildə qurulmasındadır”. 

İqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, universitetlərin və bəzi qurumların rayonlara köçürülməsi tıxacları azalda bilər: 

“Bu məsələni təxminən 10 ildir, hətta torpaqlarımız işğal altında olduğu dövrdən dəfələrlə gündəmə gətirmişik. İndi isə torpaqlarımız işğaldan azad olunubsa, bu, daha yaxşı fürsət və daha geniş imkanlar yaradır. 

Bakının yükünün azaldılması üçün kifayət qədər potensial var və bu, təkcə universitetlərin rayonlara köçürülməsi ilə məhdudlaşmamalıdır. Eyni zamanda, müxtəlif dövlət qurumlarının, nazirliklərin də paytaxtdan kənara çıxarılmasına ehtiyac var. 

Məsələn, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Kənd Təsərrüfatı Nazirliyi, su təchizatı qurumları, Meliorasiya və Su Təsərrüfatı Agentliyi kimi strukturların Bakıda yerləşməsinin nə dərəcədə zəruri olduğu sual doğurur. Bu qurumların regionlara köçürülməsi həmin ərazilərdə canlanma yarada, iqtisadi imkanları artıra bilər”. 

Ekspert qeyd edib ki, universitetlərlə yanaşı, dövlət qurumlarının da regionlar üzrə bölüşdürülməsi Bakının üzərindəki yükün azalmasına xidmət edən vacib və ciddi addımlardan biri ola bilər: 

“Əlbəttə ki, rayonlardakı infrastruktur tələbə və müəllim axınını qarşılaya biləcək səviyyədə olmalıdır. Burada əsas məsələ düzgün planlaşdırma və balanslı bölgüdür. Yükün ölkə üzrə yalnız bir şəhərin üzərinə düşməsi deyil, müxtəlif bölgələr arasında paylanması daha sağlam və dayanıqlı inkişaf üçün zəruridir”. 

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: tıxac Yasin Mustafayev Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri