Icma.az
close
up
RU
Əncir istehsalından necə qazanc əldə etmək olar? İqtisadçı izah edir

Əncir istehsalından necə qazanc əldə etmək olar? İqtisadçı izah edir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Əncir idxalımız 62 faiz artıb. Lakin bu meyvə ilə bağlı qədim zamanlardan gələn bağçılıq ənənələrimiz var idi. Əgər əncirlə bağlı da ixracdan asılı düşsək, bu zaman həmin ənənəni itirə bilərik.

Yayın sonu, payızın əvvəlində bazara çıxır. Hazırda mövsümü olmasa da, bu meyvədən dadlı mürəbbə və digər təamlar hazırlamaq mümkündür. Lakin bir çox məhsul kimi artıq ənciri də xaricdən idxal edirik. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 119,1 min ABŞ dolları dəyərində 22,46 ton əncir idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 faiz, kəmiyyət olaraq 62 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Türkiyədən 70,44 min ABŞ dolları dəyərində 10,72 ton, Özbəkistandan 40,56 min ABŞ dolları dəyərində 10,14 ton, İrandan 4,98 min ABŞ dolları dəyərində bir ton və Əfqanıstandan 3,11 min ABŞ dolları dəyərində 0,6 ton əncir alıb. Nəzərə alaq ki, ölkəmizdə yerli əncir bağları mövcuddur. Bəs o zaman bu məhsul üçün idxala yönəlmək nə dərəcədə doğrudur?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Əncir əsasən həyətyanı sahələrdə yetişdirilir"

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, əncir ölkəmizdə yetişsə də, kütləvi istehsalı mövcud deyil: "Əncir ölkəmizdə elə də geniş yayılmamış meyvədir. Bəzi bağlarda, həyətlərdə kiçik hektarlarda əkilir. Müəyyən yerlərdə bitir. Əncir əsasən həyətyanı sahələrdə yetişdirilir. Sadəcə, mövsümü tələbatı ödəmək üçündür. Əncir kənd təsərrüfatında əhəmiyyətli məhsul olmadığından əlimizdə statistikası yoxdur. Əncir ölkəmiz üçün öncəlik olmayan məhsuldur. Ağsuda qara əncir bağı salınıb. O da yerli bazara xidmət etmir. Məhsulu sırf Rusiya bazarına göndərilir. Ölkə ərazisində böyük əncir bağları mövcud deyil".

V.Hüseynovun fikrincə, ənciri xaricdən sahibkarlar və quru meyvə istehsalı ilə məşğul olanlar gətirir: "Əncirin idxalı əsasən qurudulmuş formada olur. Bazarda quru əncirə tələbat olduğu üçün xaricdən gətirirlər. İdxal edilən 22 ton əncir əhalimizin sayı qarşısında olduqca kiçik rəqəmdir".

"Xarici əncir daha ucuzdur"

İqtisadçı Pərviz Heydərov bildirdi ki, qədimdən ölkəmizdə bir sıra əncir sortları mövcuddur: "Bizdə "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Hansı ki, Abşeronda becərilir. Ümumiyyətlə, Azərbaycanda əncirin iki növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb".

P.Heydərovun sözlərinə görə, idxalın genişlənməsi iqtisadiyyatımız üçün də zərərdir: "Ölkəmizə bitkiçilik, bağçılıq, meyvə-tərəvəz və sair sahələrə aid məhsulların idxalı əvvəlcədən də mövcud idi, son illər ərzində isə daha da artıb. İdxalın belə böyük həcmdə olması onu göstərir ki, məhsul həm yerli bazar, həm də istehsal müəssisələri üçün gətirilib. Qeyd olunan tonda və həcmdə əncir idxalı ölkədən kənara valyuta axınıdır. Əgər məhsul ölkəyə kənardan gətirilirsə, deməli, onu gətirənlər yerli məhsulun istehsalında və tədarükündə maraqlı deyillər".

İqtisadçının fikrincə, xarici məhsula tələbat yerli məhsuldan çoxdur: "İdxal artıbsa, tələbin artması ilə bağlı ola bilər. Yerli istehsal da tələbi qarşılaya bilmirsə, bu halda həmin meyvə kənardan gətirilir. Xeyli böyük konserv və emal müəssisələrimiz mövcuddur. Lakin onlar yerli xammaldan istifadə etmirlər. Xaricdən gələn məhsulu istifadə etməyə daha çox üstünlük verirlər. Bu da onun ucuz olması ilə bağlıdır".

"Yerli məhsulumuz daha keyfiyyətlidir"

P.Heydərov bu sahədəki problemlərə də toxundu: "Halbuki həm adıçəkilən əncir məhsulu, həm də digər növ məhsullar üzrə ölkəmizin zəngin tarixi ənənələri və təcrübəsi mövcuddur. Hətta yerli məhsulumuz daha keyfiyyətli, rəqabət qabiliyyətlidir. İxrac qabiliyyəti də yüksəkdir. Əgər bütün bunlara baxmayaraq, yenə də idxal edilirsə, bu o deməkdir ki, xaricdən gətirmək daha ucuz başa gəlir. Yaxud da bu meyvənin istehsalını genişləndirmək üçün müvafiq şərait mövcud deyil. Külli miqdarda vəsait tələb olunur. Ola bilər ki, stimul, rentabellik aşağı səviyyədədir. Problem stimulverici amillərin olmamasında, ixrac imkanlarının darlığı, həmçinin yerli tələbatın düzgün ödənilməməsindədir".

İqtisadçı düşünür ki, əgər istehsalı stimullaşdırsaq, həm idxala ehtiyac qalmaz, həm də məhsulumuzu ixrac edib qazanc əldə edə bilərik: "Hesab edirəm ki, idxalın genişlənməsi əncirdə də yerli ənənəni sona çatdıra bilər. Əgər yerli tələbatımızı ödəyə bilməsək, idxal daha da genişlənəcək. Bağçılığı inkişaf etdirməliyik. Fermerlərə müvafiq şərait yaradılmalıdır. Ənənənin ölməsinə icazə verməməliyik. Yerli məhsulumuzun becərilməsinin genişləndirilməsinin qayğısına qalmalıyıq. Bazarlara çıxışı asanlaşdırmalıyıq. İxrac imkanlarımızı da genişləndirməliyik ki, istehsalımız arta bilsin. İstehsal artarsa, idxalın da qarşısını almaq mümkün olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyun 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri