Icma.az
close
up
RU
Bakını zəhərləyən qara tüstünün MƏNBƏYİNİ TAPDIQ Dəhşətli görüntülər (VİDEO)

Bakını zəhərləyən qara tüstünün MƏNBƏYİNİ TAPDIQ Dəhşətli görüntülər (VİDEO)

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Bir həftə öncə Bakı səmasını bürüyən qara tüstünün ekologiyanın neçə məhv etdiyi və hava çirkliliyini artırdığı ilə bağlı video paylaşdıq. Göy üzünü bürüyən zəhərli tüstü sözün əsl mənasında son vaxtların bəlkə də ən böyük "mənzərəsi" oldu.

Sitat.info olaraq bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Bildirildi ki, həmin ərazini qısa zamanda müəyyənləşdirəcəklər. 

 4-5 gün keçsə də, həmin ərazini tapıb müəyyələşdirmək mümkün olmadı. Videonu biz lentə aldığımıza görə, nazirlik nümayəndələri ərazini müəyyənləşdirmək üçün kömək istədilər. Media nümayəndəsi olaraq bizim işimiz problemi işıqlandırmaq və məsələni ictimailəşdirmək olsa da, məsələ ekologiya olduğu üçün vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq, Ekologiya Nazirliyinin əməkdaşları ilə birlikdə zibillərin yandırıldığı ərazini axtarmağa başladıq. 

 2 saata yaxın birgə axtarışdan sonra vaxtaşırı tərkibi kimyəvi maddələr olan zibillərin yandırıldığı və paytaxtın ekoloji durumuna zərbə vuran həmin ünvanı tapdıq.

Videodan gördüyünüz qara tüstü  burulğanının yayıldığı yer Xəzər rayonu, Türkan qəsəbəsinin ərazisindədir. Açıq torpaq sahəsində böyük bir ərazini zibilxanaya çeviriblər. Zibilxanada plastik su butulkasından tutmuş komputer avadanlıqlıqlarına qədər hər çeşiddə  tullantıların məskəninə çevrilib. 

Dəhşətli mənzərə idi. Tərkibinndə kimyəvi maddələr olan katriclər, yarasız printerlər yandırlıbmış. Həmin zəhərli qara tüstünün də səbəbi bu imiş...

Ekologiya Nazirliyi ilə məkanı təsbit etdikdən sonra, əraziyə Xəzər RİH nümayəndələri də çağırıldı. İcra nümayəndələri bu ərazini zibilxanaya çevirənlərin kimliyi barədə məlumatsız olduqlarını bildirdilər. Məlum oldu ki, əvvəllər də buraya tullantı daşınıb. Ekologiya Nazirliyi tərəfindən  icra nümayəndələri qarşısında ərazinin bu həftə ərzində tullantıdan təmizlənməsi barədə tələb qoyuldu. Əgər bu baş verməzsə, qurumun rəsmi qaydada cərimələnəcəyi ilə bağlı xəbərdarlıq edildi.

Digər bir məsələ əraziyə zibil daşınmasının qarşısının alınması və bu təbiəti məhv edənlərin kimlinin müəyyənləşdirilməsidir ki, burada da artıq  söz hüquq-mühafizə orqanlarınındır. 

Beləcə, jurnalist fəaliyyətimiz və vətəndaşlıq mövqeyimiz nəticəsində Bakının ekoloji problemlərindən biri həllini tapmış oldu. Ancaq bu kifayət deyil, əraziyə 1 həftə sonra təkrar baxış keçirib nəticələrini oxucularımızla paylaşacağıq. Dövlət qurumları bu həftə ərzində gecikmiş də olsa, vəzifələrinin öhdəsindən gəlməyə çalışacaqlar. Qaldı, Baku Steel Company şirkətinin Bakıya səmasına buraxdığı zəhərli tüstü... Bu barədə paylaşdığımız videoya gələn şərhlərdə Baku Steel Company-nin olduğu ərazidə yaşayan sakinlər, oradakı ictimai-iaşə obyektlərinin işçiləri imdad diləyirlər. Onlar artıq zəhərli tüstüdən xəstəliklərə tutulduqlarını, vəziyyətin dözülməz olduğunu bildirirlər. Hətta Dərnəgül prospektindən avtomobillə keçərkən də, bu tüstünü müşahidə etmək və havada zəhərli qoxunu hiss etmək olur. 

Problemi işıqlandırmaqla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat vermişik və bizi araşdırılacağı bildiribklər. Məsələni gündəmdə saxlamaqla bu problemin də həllinə nail olmağa çalışacağıq. 

 Məğrur Salmanov,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri