Icma.az
close
up
RU
Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yekaterinburqda guya 25 il öncəki qətlə görə azərbaycanlılara qarşı qətliam və zorakılıq, iş adamlarının evinə basqın, “istintaqa dəvət edilən” vəkilin küçənin ortasında terrorçu kimi saxlanılaraq polis idarəsinə aparılması... proses olaraq bir vilayətlə məhdudlaşmadı, bütün Rusiyaya yayıldı: Moskvada, Peterburqda da azərbaycanlı iş adamlarının obyektlərinə, bazarlara xüsusi təyinatlıların basqınlarını müşahidə etdik, paralel olaraq isə Azərbaycandan pomidor-xiyar idxalına qadağalar tətbiq etməyə başladılar.

24 iyulda baş verənlər isə 27 iyundan - Səfərov qardaşlarının qətlindən sonrakı dalğanın azaldığı haqda yanlış təsəvvürləri darmadağın etdi: bakılı Mixail Qusman TASS-ın baş redaktorunun birinci müavini vəzifəsindən azad edildi, Rusiyadakı azərbaycanlıların tanınmış isimlərindən biri, iş adamı İsgəndər Xəlilovun oğlunun ofisinə basqın düzənləndi, günün sonunda isə İsgəndər Xəlilovun ailəsini də götürüb, Bakıya pənah apardığı (bəlkə də qaçdığı) üzə çıxdı.

Halbuki Prezident İlham Əliyev Amurdakı An-24 qəzası ilə bağlı Rusiya lideri Vladimir Putinə başsağlığı məktubu ünvanlamışdı. Nəzərə alaq ki, başsağlığı məktubu Amurda 49 nəfərin ölümünə səbəb olan faciə haqda məlumat rəsmiləşəndən dərhal sonra ünvanlandı və bildiyim qədərilə bu, Putinə ilk başsağlığı sayıla bilərdi – və aradan keçən iki gündə Putinə heç də başsağlıqları sıralanmayıb.

İlham Əliyevin bu başsağlığı məktubunu Kremlə yaxın olan Teleqram kanalları da “diplomatik jest” olaraq qiymətləndirirlər - təsadüfi deyil.

Azərbaycanın Rusiya ilə əlaqələri pozmağa meyilli olmadığının açıq sübutu sayılan daha bir addım da elə 24 iyulda atıldı: AQTA Rusiyadan bəzi məhsullara qoyulan qadağanı aradan qaldırdı. Əlbəttə, səbəb kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi açıqlaması göstərildi. Ancaq pomidor-xiyarımıza qoyulan qadağalar qarşılığında AQTA Rusiyaya yönəlik qərarı ləngidə də bilərdi.

Yəni 24 iyulda Azərbaycan bir daha təsdiqlədi ki, Peskovun dediyi “gərginliyin artmasını istəməyən tərəf” Kreml yox, elə Bakıdır!

Ancaq elə 24 iyulda Qusman və Xəlilovla bağlı arzulanmaz qısnamalar baş verdi.

Qusman 23 yanvar 1950-ci il təvəllüdlüdür, yaşı artıq 76-ya yaxınlaşır. TASS rəhbərliyi ilə bağlı qısa araşdırmadan sonra üzə çıxdı ki, ortalama yaşları 50 civarındadır. Bu baxımdan Qusmanın təqaüdə göndərilməsində qeyri-adi bir şey yoxdur.

Qeyri-adi olan Qusmanın 19-21 iyulda 3-cü Şuşa Beynəlxalq Media Forumunda iştirakdan geri qayıdan kimi bu əmrin verilməsidir. Üstəlik, Qusman bir əmrlə təqaüdə yola salınacaq şəxs də deyil - ən azı onu Mişustin qəbul edə, xidmətlərinə görə ödül verə və təqaüdə uğurlaya bilərdi.

Qusman əlbəttə ki, özünü bakılı sayır, Azərbaycanı sevir və Azərbaycan da onu özününkü bilir. Ancaq bir həqiqəti qətiyyən unutmayaq ki, Qusman Rusiyaya xidmət edib, məhz Rusiya təbliğat aparatını yönəldənlərdən olub, TASS isə dövlət agentliyidir. Qusman 26 il rəhbərliyində çalışdığı agentlikdə ölkənin maraqlarını qorumaqla məşğul olub, o ayrı məsələ ki, Rusiya-Azərbaycan münasibətlərinin də inkişafına töhfə verməyə çalışıb, bu əlaqələrin inkişafından sevinib.

Qusman faktiki olaraq Azərbaycan siyasi rəhbərliyi, o cümlədən İlham Əliyevin istənilən vaxt qəbul etməyə hazır olduğu sima idi, başqa cür desək, Rusiya və Azərbaycan arasında ən etibarlı, səmimi əlaqə kanalı sayıla bilərdi.

Mişustin 24 iyulda bu əlaqə kanalını bağladı və əlbəttə ki, bu əmri Putinsiz verməmişdi.

Xəlilovun simasında azərbaycanlı milyonçulara qarşı davam edən “səlib yürüşü” isə sübut edir ki, Rusiya dayanmaq niyyətində deyil və bu, ölkəmiz üçün yeni eranın başlanması deməkdir.

Rusiya onillərdir Azərbaycana bir neçə istiqamətdə təzyiq edib: Qarabağ separatçıları, Ermənistan, daha sonra kənd təsərrüfatı məhsullarının idxalına problemlər (Azərbaycanın qeyri-neft məhsullarının ixracında Rusiya ilk yerdədir), o cümlədən Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılması.

Qarabağ separatçıları və Ermənistan mövzusu/təzyiqi tam aradan qalxıb, artıq onun tarixə qovuşduğuna kimsə şübhə etmir. Bu gün Azərbaycana xoş jestlər etməyə çalışan həmən bu Dmitri Karasin 2024-cü ilin mayında Xankəndidə konsulluq tələb edirdi, həm də rəsmi Bakını hədələyəcək ton və aqressiya ilə. Bir ölkənin rəsmisi yalnız vassalına qarşı o ritorikadan istifadə edə bilərdi (Bu linkdən xatırlaya bilərsiniz).

Qısa müddətdə konsulluq söhbəti də ortadan qalxdı: Yəni “nəyi nə vaxt necə” edəcəyini mükəmməl bilən şəxs Rusiyanın Xankəndidə hərbi-siyasi-diplomatik və kəşfiyyat “iqamətgahı” qurmaq və bu istiqamətdə təzyiq rıçağını əlində saxlamaq cəhdinin-tələbinin üstündən xətt çəkdi – bitdi o söhbət!

Rusiya hazırda əlində qalan digər və bütün təsir vasitələrini işə salıb: indi azərbaycanlılar sıxışdırılır, deport edilir, iş adamlarına basqın olur, Azərbaycanla bağlı olan tanınmış simalar yola salınır, kənd təsərrüfatı məhsullarının idxalına problemlər yaradılır və s.

Bu, unikal imkandır – prosesin sonunda azərbaycanlılar öz bizneslərini vətənə qaytaracaq və yaxud daha münasib ölkəyə köçürəcəklər, o cümlədən kənd təsərrüfatı məhsullarımızın ixracı üçün daha yaxşı bazar tapılacaq. Sonra nə olacaq? Rusiyanın əlində nə qalacaq “Azərbaycanla balans” üçün? Bu təzyiq vasitələri də əlindən çıxandan sonra Rusiya Cənubi Qafqazdakı böyük layihələrdə payçı olmağa haqq edəcəkmi?

Bəs, bu “elektrik boşalması” Rusiyaya heçmi zərər vurmayacaq?

Xəlilovun ötən gün basqın edilən şirkəti (olsun oğlunun şirkəti) nə iş görür: “Railgo” şirkəti neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur.

Gecə-gündüz yatmadan, oturmadan, Rusiyanın şaxtasında gecə 3-də oyanıb, bazarların saat kimi işləməsini təmin edənlər də azərbaycanlılardır. Və azərbaycanlılar bunu onillərlə qurublar, tənzimləyirlər.

Azərbaycanlılar öz bizneslərini və əməkçi güclərini çəkərsə, demoqrafik böhran yaşayan və hər il əhalisi azalan Rusiya bunları necə kompensasiya edəcək?

Yəni Rusiya bu prosesdən heç də uduşlu çıxa bilməz, onun da ziyanları olacaq. Ən çox ziyanın azərbaycanlılara dəyməsi ehtimalına gəlincə, bu, istisna edilmir, ancaq Rusiya kimi ayı və “Piter küçəsinin öyrətdiyi dava təfəkkürü” ilə idarə edilən ölkə ilə vaxtaşırı baş verən bu proses elə indi inkişaf edib, tamamlansa yaxşıdır.

Bundan sonra Rusiyanın dili də Qafqazdan çıxacaq - sözün hər 3 mənasında...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri