Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Icma.az bildirir, Sia Az portalına istinadən.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
2. "20 Yanvar" dairəsində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

