Icma.az
close
up
RU
Bakının bu əraziləri ilə bağlı XƏBƏRDARLIQ: Hər an faciəvi hadisə baş verə bilər

Bakının bu əraziləri ilə bağlı XƏBƏRDARLIQ: Hər an faciəvi hadisə baş verə bilər

Icma.az bildirir, News24 portalına istinadən.

Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların koordinat və sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü ildən aparılan genişmiqyaslı tədqiqat işləri artıq yekunlaşıb. Bu barədə Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev məlumat verib. Qurum rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ümumilikdə 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə dəqiqləşdirilərək xəritələnib. Hazırda həmin məlumatların normativ-hüquqi sənədləşməsi və dövlət orqanlarında təsdiqi prosesi davam edir.

Əli Əliyev bildirib ki, aktiv sürüşmə zonaları yalnız bölgələrdə deyil, Bakı şəhəri və Abşeron yarımadasında da müşahidə olunur. Paytaxtın bəzi ərazilərində proseslər dinamik xarakter daşıyır və bu da tikinti, infrastruktur və yaşayış obyektlərinə risk yaradır.

Maraqlıdır, Bakıda və Abşeronda, eyni zamanda digər rayonlarımızda aktiv sürüşmə zonları təhlükə daşıyırmı?

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sürüşmə problemi hər zaman aktual olub və bu gün də öz aktuallığını qoruyur:

“İlin yağıntılı dövrünün başlanması ilə əlaqədar olaraq həm Abşeron-Bakı ərazisində, həm də rayonlarda, xüsusilə dağlıq ərazilərdə sürüşmələrin xeyli fəallaşdığını müşahidə edirik. Bakıda belə sahələr var və aktivdir. Bəzi yerlərdə, xüsusilə Təzə və Köhnə Günəşli, Zığ kimi ərazilərdə ciddi çökmələr baş verir. Lazımi qurumlar asfaltda yaranan çatları və çökmələri aradan qaldırsa da, bu problemin köklü həlli deyil. Buna görə də, ciddi bir sürüşmə təhlükəsinin baş verməsi qaçınılmazdır".

AMEA rəsmisinin sözlərinə görə, Masazır, Bayıl yamacı və Badamdar kimi ərazilərdə kifayət qədər sürüşmə və uçqun təhlükəsi mövcuddur. Dövlət qurumları müəyyən işlər aparsa da, bu zonalar daim nəzarətdə saxlanılmalı və tez-tez monitorinqlər həyata keçirilməlidir. Mirnuh İsmayılov əlavə edib ki, son zamanlar Cənubi Qafqazın şimal-şərq yamaclarında – Quba, Qusar, Şabran rayonları ərazisində də sürüşmələr fəallaşıb:

“Son araşdırmalarımız göstərdi ki, yollarda çökmə təhlükəsi var. Quba-Xınalıq istiqamətində 15-dən çox aktiv sürüşmə zonası mövcuddur. Qusar rayonunda isə Laza ərazisi ən aktiv sürüşmə zonası kimi qeyd olunur. Orada müşahidələr aparmışıq və nəticəmizə əsasən, təhlükənin qarşısını almaq üçün tədbirlər görülməlidir".

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri