Icma.az
close
up
RU
Bakının bu əraziləri plana DÜŞDÜ: Söküntü başlayacaq

Bakının bu əraziləri plana DÜŞDÜ: Söküntü başlayacaq

Icma.az bildirir, News24 portalına istinadən.

Keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır. Söhbət Bakının Yasamal rayonundakı Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrindən gedir. Proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır. Çoxsayli arxitektur binaların, mədəni tarixi abidələrin mövcud olduğu bu ərazilərin bir hissəsində yeni park salınacaq.

Maraqlıdır, növbəti söküntü işləri hansı ərazilərdə aparılacaq?

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı News24.az-a açıqlamasında  bildirib ki, şəhərin inkişafı məqsədilə nəzərdə tutulmuş söküntü və yenidənqurma işləri dövlətin imkanları və cəlb olunan investisiyalar hesabına mərhələli şəkildə icra olunur:

"Bakı şəhərinin baş planında konkret olaraq söküntü və yenidənqurma nəzərdə tutulan ərazilər müəyyənləşdirilib. Bu ərazilərdə olan köhnə və yaşayış üçün əlverişsiz tikililərin qanunvericilik əsasında sökülməsi prosesi həyata keçirilir. Bu proses bir gündə və ya birdən-birə reallaşa bilməz. Baş planın icrası böyük resurs və zaman tələb edir. Hazırda bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sistemli işlər aparılır”.

Ekspert əlavə edib ki, qəzalı vəziyyətdə olduğu rəsmən təsdiqlənmiş binaların söküntüsü də Nazirlər Kabinetinin qərarları əsasında həyata keçirilir. Bu da həm şəhərin təhlükəsizliyini, həm də müasir urbanizasiya tələblərinə uyğunluğunu təmin etməyə yönəlib:

“Söküntü yalnız baş planla deyil, həm də müvafiq dövlət qərarları ilə tənzimlənir. Əgər bina qəza vəziyyətindədirsə, onun sökülməsi zəruridir və bu, vətəndaşların təhlükəsizliyi baxımından vacib addımdır”.

Ramil Osmanlı qeyd edib ki, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:434
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri