Icma.az
close
up
RU
De la Fuente: “İlk növbədə Yamalın sağlamlığını düşünürük”

De la Fuente: “İlk növbədə Yamalın sağlamlığını düşünürük”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın Millətlər Liqasında Çexiya ilə oyunda iştirak etməyəcəyi ilə bağlı qərarı şərh edib.

İdman.Biz COPE-yə istinadən xəbər verir ki, mütəxəssis “Barselona”nın futbolçusunun sağlamlığını riskə atmaq istəmədiklərini söyləyib:

“Bu, düzgün qərardır. Əlbəttə, o, oynamaq istəyirdi. Ciddi zərurət yaransaydı, onu Çexiya ilə görüşdə start heyətində meydana buraxardıq. Ancaq risk etməyə dəyməzdi. İlk növbədə onun sağlamlığını, daha sonra isə bazar gününə tam hazır olmasını düşündük”.

Dizindəki problem səbəbindən millinin düşərgəsinə qatılmayan Yamalın vəziyyətinə toxunan de la Fuente onun yaxın vaxtlarda komandaya qoşula biləcəyini qeyd edib:

“Onda özünü normal hiss etməsinə mane olan yüngül iltihab var. Hər şey qaydasında olsa, tezliklə gələcək”.

Baş məşqçi sağlamlıq məsələsində bütün futbolçulara eyni yanaşdıqlarını da vurğulayıb:

“Sağlamlıqdan söhbət gedirsə, oyunçular arasında heç bir fərq yoxdur. Final matçı olanda futbolçular şəraitdən asılı olmayaraq özləri heyətə salınmalarını istəyirlər. İndiki halda ən yaxşısı onların növbəti qarşılaşmaya tam hazır olmalarıdır. Cümə axşamı oynaya bilərdilər, amma bu halda bazar gününə eyni dərəcədə yaxşı vəziyyətdə çatmaya bilərdilər”.

Qeyd edək ki, İspaniya millisi noyabrın 12-də Çexiya, 15-də isə İngiltərə ilə qarşılaşacaq. Yamalın İngiltərə ilə görüşdə meydana çıxması mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Noyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri