Bakının bu qəsəbəsi 4 saat işıqsız qalacaq
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Axar.az-a verilən məlumata görə, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 630 kVA gücündə transformator yeni 1000 kVA gücündə transformatorla əvəz olunacaq.
Yenidənqurma işi ilə əlaqədar saat 11:00-dan 15:00-dək Biləcəri qəsəbəsi yeni yaşayış massivi, ATV binalarının ətrafı, Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:128
Bu xəbər 17 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















