Icma.az
close
up
RU
Bakının bu rayonları birləşdirilir Ərazilər PLANA DÜŞDÜ KONKRET

Bakının bu rayonları birləşdirilir Ərazilər PLANA DÜŞDÜ KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının inzibati rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Son günlər bu mövzu ictimaiyyət arasında geniş müzakirə olunur. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, əsas məqsəd şəhərin daha səmərəli idarə olunmasını təmin etmək və tarixi mərkəzi vahid bir struktur altında birləşdirməkdir.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu ideyanı irəli sürən şəxslərdən biridir. O, ötən il bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyən edilməli və bu ərazi ayrıca inzibati vahid kimi formalaşdırılmalıdır. Hal-hazırda paytaxtın tarixi mərkəzi dörd inzibati rayonun – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının arasında bölünüb. Bu isə şəhərin mərkəzi hissəsində idarəetməni çətinləşdirir və vahid şəhərsalma prinsiplərinin tətbiqini məhdudlaşdırır.

Bakının yeni baş planı bir neçə ay əvvəl təqdim olunub. Maraqlıdır, bu plana əsasən Bakının əsas rayonlarının birləşdirilməsi nəzərdə tutulubmu?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı memar Dilqəm Məhərrəmov News24.az-a verdiyi açıqlamada bildirib ki, təsdiqlənən yeni Baş Planda “mərkəzi planlaşdırma rayonları” adlı bir anlayış var. Onun sözlərinə görə, bu yanaşma məntiqlidir və şəhərin idarə olunmasını daha effektiv edəcək:

“Əslində bu məntiqlidir, olması gərəkən bir şeydir. Şəhərin inkişafına da müsbət təsir edəcək. Baş planda mərkəzi planlaşdırma rayonundan başqa xüsusi marşrut zonası da var. Hansı ki, bu gün ona zidd olaraq həmin ərazilərdə nömrələnmə işləri aparılır. Əslində bunlar baş plana ziddir. Bakı mərkəzi planlaşdırma zonası olaraq xüsusi rayon olsa, daha yaxşı olar.

Memarın fikrincə, şəhərsalma prinsiplərinin effektiv şəkildə tətbiqi üçün Bakının mərkəzi hissəsinin inzibati rayonlar arasında parçalanması düzgün yanaşma deyil. Hazırda Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları arasında bölünmüş mərkəzi hissənin vahid struktur altında birləşdirilməsi şəhərin idarə edilməsində çevikliyi artıracaq:

“Bundan əlavə, bu addım Bakının tarixi binalarının qorunmasına, şəhər planlaşdırmasının daha sistemli aparılmasına və turizm potensialının daha səmərəli istifadəsinə töhfə verə bilər. Bakının yeni Baş Planı şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən əsas sənəddir. Burada şəhərin funksional zonalara bölünməsi, yol infrastrukturu, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və mərkəzi hissənin vahid idarəetmə prinsipləri əsasında tənzimlənməsi nəzərdə tutulur. Məhz bu çərçivədə mərkəzi planlaşdırma rayonları və xüsusi marşrut zonaları anlayışları təklif olunur.  Lakin bəzi hallarda bu prinsiplərə zidd addımlar atılır və şəhərin inkişaf planına uyğun olmayan nömrələnmə işləri aparılır”.

Dilqəm Məhərrəmov hesab edir ki, Bakı şəhərinin mərkəzi hissəsi ayrıca bir inzibati vahid kimi formalaşdırılarsa, bu cür uyğunsuzluqlar aradan qaldırıla bilər. Belə bir inzibati dəyişiklik, həmçinin şəhərsalma layihələrinin daha effektiv həyata keçirilməsinə və şəhərin turizm potensialının daha yaxşı dəyərləndirilməsinə imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri