Icma.az
close
up
RU
Bakının cənub girişi açılır: Sədərək köçürülə bilər

Bakının cənub girişi açılır: Sədərək köçürülə bilər

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər paytaxtda tıxaclarla bağlı problem getdikcə daha çox özünü göstərir.

Bu istiqamətdə mövcud vəziyyətin əsas səbəblərindən biri kimi paytaxtda avtomobillərin sayının artması, yol infrastrukturunun uyğun olmaması, urbanizaya kimi problemlər göstərilir.

Tıxac probleminin aradan qaldırılması istiqamətində müxtəlif addımlar atılmasına baxmayaraq, hələ də bu problem aradan qalxmayıb.

Qeyd edək ki, tıxac problemi yalnız Bakının küçələrində müşahidə edilmir. Eyni zamanda  rayonlardan Bakı istiqamətində, şəhərin cənub girişində də maşınlar uzun müddət tıxaclarda dayanmalı olurlar.

Bu tıxacın əsas səbəbindən biri kimi də “Sədərək” ticarət mərkəzinin Bakı–Şamaxı və Lökbatan istiqamətindəki əsas yollarda intensiv yük və minik avtomobili axını yaradaraq magistrallarda nəqliyyat sıxlığını artırdığı bildirilir.

Günün gur saatlarında ticarət mərkəzinin ətrafındakı yollarda qeyri-qanuni parklanma və manevrlər tıxacları dərinləşdirdiyi, həftəsonları və səhər saatlarında orada çalışanlarla yanaşı alıcıların şəxsi avtomobilləri yollarda sıxlığa səbəb olur.

Mövcud problemin aradan qaldırılması üçün bazarın digər əraziyə, Ələt qəsəbəsi ərazisinə köçürüləcəyi barədə məlumatlar var.

Hətta “Sədərək” ticarət mərkəzinin bağlanmasının əsas səbəblərindən biri kimi yalnız tıxaclar deyil, eyni zamanda “Temu” kimi elektron ticarətin belə bazarların satışını məhdudlaşdırdığı deyilir.   

Ancaq bu da bir faktdır ki, bazarın tamamilə bağlanması da müəyyən problemlər yaradır. Çünki bu bazardan kifayət qədər insan çalışır və bazarın bağlanması yüzlərlə insanın işsiz qalması deməkdir.

“Binə” və “Sədərək” ticarət mərkəzlərinin köçürülməsi mövcud tıxacların aradan qaldırılmasında rolu ola bilərmi?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərinin köçürülməsi tıxac probleminin həllinə müəyyən müsbət təsir göstərə bilər, lakin bunu yeganə və əsas həll yolu kimi qiymətləndirmək isə düzgün olmaz:

“Çünki həmin ərazilər hər gün minlərlə alıcı, satıcı və müxtəlif yük avtomobili cəlb edir. Xüsusilə səhər saatlarında topdansatış məqsədilə gələn böyük və kiçik tonnajlı yük mamaşınları, eləcə də fərdi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin eyni vaxtda hərəkəti Bakı–Şamaxı yolu, Lökbatan qovşağı və şəhərin cənub girişində nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır.

Bu baxımdan iri ticarət mərkəzlərinin magistral yol kənarında yerləşməsi nəqliyyat axınının intensivliyinə təsir göstərən əsas amillərdən biridir.

Əgər bu obyektlər şəhərdən kənarda, daha geniş yol infrastrukturu, yük terminalları, çoxzolaqlı giriş-çıxış yolları və logistika mərkəzləri ilə birlikdə planlaşdırılmış ərazilərə köçürülsə, həmin istiqamətdə hərəkət edən yük və minik avtomobillərinin bir hissəsi şəhər girişindən kənarlaşdırıla bilər.

Bu isə xüsusilə gur saatlarda magistrallardakı yükü müəyyən qədər azaldar və hərəkətin daha rahat təşkilinə kömək edər”.Ekspertin fikrincə, Bakıda tıxacların yaranmasının əsas səbəbi yalnız “Binə” və “Sədərək” ticarət mərkəzləri deyil:

“Şəhərə hər gün 10 minlərlə avtomobilin daxil olması, iş və təhsil müəssisələrinin eyni saatlarda fəaliyyətə başlaması, ictimai nəqliyyatdan istifadənin yetərincə yüksək olmaması, bəzi yol qovşaqlarının buraxıcılıq qabiliyyətinin məhdudluğu, yol kənarında nizamsız parklanma və yük avtomobillərinin hərəkətinin düzgün tənzimlənməməsi də bu problemin formalaşmasında mühüm rol oynayır. 

Ona görə də problemin həlli kompleks yanaşma tələb edir. Ticarət mərkəzlərinin köçürülməsi ilə yanaşı, alternativ magistralların və servis yollarının yaradılması, yük avtomobillərinin şəhərə giriş saatlarının daha səmərəli tənzimlənməsi, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması, “park et - davam et” sisteminin genişləndirilməsi və “ağıllı” nəqliyyat idarəetmə sistemlərinin tətbiqi paralel şəkildə həyata keçirilməlidir.

Yalnız bu tədbirlərin birlikdə reallaşdırılması Bakı və xüsusilə şəhərin cənub girişində müşahidə olunan xroniki tıxacların əhəmiyyətli dərəcədə azalmasına real töhfə verə bilər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: sədərək Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri