Icma.az
close
up
RU
Bakının əhalisi doğrudanmı 2,3 milyondur?

Bakının əhalisi doğrudanmı 2,3 milyondur?

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rəsmi statistikaya görə, 1 iyul 2026-cı il tarixinə Bakının əhalisi 2 milyon 356,8 min nəfərdir. Amma bu rəqəm paytaxtın real demoqrafik mənzərəsi ilə bağlı ciddi suallar yaradır.

Çünki Bakıya ölkənin müxtəlif bölgələrindən davamlı axın var. İş, təhsil, xidmətlər və daha yüksək gəlir imkanları üçün hər il minlərlə insan paytaxta köçür. Buna xaricdən gələnlər və şəhərdə faktiki yaşayıb qeydiyyatda başqa ünvanda olanlar da əlavə olunur.

Belə olan halda ortaya sadə sual çıxır: Bakıda faktiki yaşayan insanların sayı həqiqətən 2 milyon 356,8 min nəfərdirmi?

Rəsmi statistikanın daha bir diqqətçəkən tərəfi budur ki, ilin ilk 6 ayında paytaxtda cəmi 616 nəfərlik təbii artım qeydə alınıb. 8 107 doğuma qarşı 7 491 ölüm. Halbuki Bakı əhalisinin real yükü təkcə doğum və ölüm göstəriciləri ilə ölçülmür.

Əgər paytaxta axın dayanmayıbsa, amma əhalinin sayı demək olar ki, dəyişmirsə, deməli, rəsmi qeydiyyat statistikası ilə Bakıda faktiki yaşayan insanların sayı arasında ciddi fərq ola bilər.

Bu səbəbdən əsas sual artıq “Bakıda neçə nəfər yaşayır?” deyil, “Bakıda faktiki olaraq neçə nəfər yaşayır və rəsmi statistikanın göstərdiyi 2 milyon 356,8 min nəfər real mənzərəni nə dərəcədə əks etdirir?” sualıdır.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: "Faktiki əhali sayı ilə rəsmi əhali sayı fərqli anlayışlardır və bütün şəhərlərdə, hətta ölkələrdə bununla bağlı fərqli rəqəmlərin olması mümkündür.

Bu gün Bakı şəhərində 2 milyon 360 minə yaxın insanın faktiki yaşadığı qeyd olunub və bu, rəsmi statistikanın göstərdiyi rəqəmdir. Amma təbii ki, Bakıda nəqliyyatın vəziyyətinə, mənzil bazarına, sosial infrastruktura və məktəblərə düşən yükə baxdıqda əhali sayının əslində daha çox olduğunu görürük.

Bunun nə qədər çox olduğu ilə bağlı hazırkı şəraitdə dəqiq bir rəqəm söyləmək mümkün deyil. Çünki burada rayonlarda qeydiyyatda olub Bakıda yaşayanlar, işləyənlər, müvəqqəti məskunlaşanlar, tələbələr və müxtəlif məqsədlərlə şəhərə gəlib-gedənlər var. Bu səbəbdən də doğum sayı və ya rəsmi statistika real əhali sayından fərqli göstəricilər ortaya çıxara bilər ki, bu da statistika və qeydiyyat göstəriciləri üzrə tam normaldır".

İqtisadçı qeyd edib ki, bu gün Bakı şəhərinin statistikasına baxılsa, Absheron rayonu, Xırdalan, Abşeronun kəndləri və Sumqayıt əhalisi iş yerlərinə görə səhərdən axşama kimi Bakıdadır:"Bakıda əhalinin sıx görünməsinə təsir edən faktorlardan biri də budur: insanlar Xırdalandan, Sumqayıtdan və ətraf ərazilərdən Bakıya gəlir, axşamlar isə geri qayıdıblar.

Ümumiyyətlə, Bakıda faktiki neçə nəfərin yaşadığını müəyyən etmək üçün bir çox alətlərdən istifadə etmək olar. Məsələn, elektrik və su istehlakı həcmi, istifadəçi sayı, nəqliyyat axını, mənzil fondu, o cümlədən mobil operatorların məlumatları ciddi təhlil olunsa, real əhali sayını öyrənmək mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri