Icma.az
close
up
RU
Bakının real əhalisi nə qədərdir, 2,3 milyon, yoxsa 4 milyon? Tıxacın rəqəmlərlə görünən tərəfi

Bakının real əhalisi nə qədərdir, 2,3 milyon, yoxsa 4 milyon? Tıxacın rəqəmlərlə görünən tərəfi

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakının real əhalisini hesablamaq üçün kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi göstəricilərdən istifadə etmək olar. Amma burada xəta payı yüksək olur. Nisbətən daha real mənzərəni mobil operatorların məlumatları və ya şagird sayı verə bilər. Mobil operatorların məlumatları açıq deyil, şagird sayı isə rəsmi mənbələrdə var. Buna görə hesablamanı şagird sayı üzərindən apardım və maraqlı nəticə alındı”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır:

“Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 min nəfəri keçir. Bu məsələdə Abşeron rayonunu Bakıdan ayırmaq olmaz. O, faktiki olaraq Bakı aqlomerasiyasının tərkibidir. Burada isə 62,5 mindən çox şagird təhsil alır. Beləliklə, Bakı və Abşeronda məktəblilərin sayı təxminən 623 min nəfərə çatır.Müqayisə üçün hazırda ölkədə təxminən 1,6 milyon şagird təhsil alır. Yəni ölkədə şağirdlərin 39%-i Bakı və Abşeronun payına düşür. Hazırda ölkədə əhalin sayı təxminən 10,2 milyon nəfərdir və 39%-lik nisbəti əhaliyə tətbiq etdikdə Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır. Bir daha qeyd edim ki, bu siyahıyaalma deyil, şagirdlərin sayı əsasında aparılan proporsional hesablamadır”. 

İqtisadçının sözlərinə görə, son 10 ilin dinamikası daha ciddidir:

“2015-2016-cı ildə Bakı və Abşeronda təxminən 410 min şagird var idisə, hazırda bu rəqəm 623 minə çatıb. Artım 52%-dir. Eyni dövrdə ölkə üzrə şagird sayı cəmi 18% artıb. Yəni Bakı və Abşeronda artım ölkə üzrə göstəricidən təxminən 3 dəfə yüksəkdir. Bu da əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşdiyini göstərir.Məsələ bununla da bitmir. Son 10 ildə ölkədə tələbə sayı 161,2 mindən 261,6 minə, yəni 62,3% və ya 100 min artıb. Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşdiyini nəzərə alsaq, bu artımın təxminən 80 min nəfəri Bakının payına düşür. Bununla yanaşı, regionlardan təbii miqrasiya, remiqrasiya, təhsil üçün gəlib, tələbəlikdən sonra Bakıda qalanlar və son illərdə tələbələrin ardınca ailələrin də Bakıya köçməsi halının artması əhalinin paytaxtda cəmləşməsini artırıb. Bu proseslər üzrə dəqiq statistika olmasa da, şagird sayı əsasında aparılan proporsional hesablama Bakı və Abşeronda faktiki əhalinin 4 milyona yaxın ola biləcəyini göstərir. Üstəlik, Sumqayıtdan hər gün işləmək və təhsil üçün Bakıya gələnlər də şəhərin nəqliyyat və infrastrukturundan istifadə edir. Yəni Bakının gündəlik əhali yükü burada faktiki yaşayanların sayından da yüksəkdir.Digər problem əhalinin məhdud ərazidə cəmləşməsidir. Bakının inzibati ərazisi 2,2 min kv. km olsa da, sıx məskunlaşma daha kiçik ərazidə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşıb. Bu isə yüksək əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır. O ki, qaldı, problemin həllinə, bununla bağlı fikirlərimi əvvəlki publik çıxışlarımda və yazılarımda dəfələrlə bildirmişəm. Bakının tıxac probleminin həlli Bakıda deyil. Bu yazıda məqsədim problemin sadə olmadığını, daha mürəkkəb demoqrafik və urbanizasiya amilləri ilə formalaşdığını rəqəmlər əsasında göstərmək idi.Təklif edirəm ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətrafında faktiki yaşayan əhalinin sayını dəqiqliyə yaxın müəyyənləşdirsin. Bu məlumat ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması və şəhər infrastrukturunun düzgün planlaşdırılması baxımından olduqca vacib datadır”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri