Icma.az
close
up
RU
Bakının real əhalisi 4 milyona yaxındır? RƏQƏMLƏR

Bakının real əhalisi 4 milyona yaxındır? RƏQƏMLƏR

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakının faktiki əhalisinin rəsmi statistikada göstərilən rəqəmdən xeyli çox ola biləcəyi iddia edilir.

İqtisadçı Eldəniz Əmirov bu məsələyə şagird sayı əsasında apardığı hesablamalarla aydınlıq gətirib.

Avtosfer.az xəbər verir ki, iqtisadçı öz sosial hesabında paylaşdığı təhlildə Bakının real əhali yükünün müəyyənləşdirilməsi üçün kommunal xidmətlər, səhiyyə, mənzil fondu, mobil operatorların məlumatları və şagird sayı kimi göstəricilərdən istifadə oluna biləcəyini bildirib.

Eldəniz Əmirov qeyd edib ki, kommunal xidmətlər, səhiyyə və mənzil fondu üzrə hesablamalarda xəta payı yüksək ola bilər. Onun fikrincə, mobil operatorların məlumatları daha real mənzərə yarada bilər, lakin bu məlumatlar ictimaiyyət üçün açıq deyil. Buna görə iqtisadçı hesablamasını rəsmi mənbələrdə mövcud olan şagird sayı əsasında aparıb.

“Hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 mini keçir”, – deyə iqtisadçı bildirib.

O vurğulayıb ki, bu hesablamada Abşeron rayonunu Bakıdan ayrı nəzərdən keçirmək düzgün deyil. Çünki Abşeron faktiki olaraq Bakı aqlomerasının tərkib hissəsi kimi çıxış edir. Rayonda da 62,5 mindən çox şagirdin təhsil aldığı qeyd olunur.

Beləliklə, iqtisadçının hesablamasına əsasən, Bakı və Abşeronda məktəblilərin ümumi sayı təxminən 623 min nəfərə çatır.

Müqayisə üçün ölkə üzrə hazırda təxminən 1,6 milyon şagirdin təhsil aldığı bildirilir. Bu isə ölkədəki şagirdlərin təxminən 39 faizinin Bakı və Abşeronun payına düşməsi deməkdir.

Eldəniz Əmirov qeyd edib ki, eyni nisbət ölkə əhalisinə tətbiq edildikdə Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər təşkil edə bilər.

Bunun siyahıyaalma olmadığını və hesablamanın yalnız şagirdlərin sayına əsaslanan proporsional yanaşma olduğunu xüsusi vurğulayıb.

Təhlildə son 10 ilin dinamikasına da diqqət çəkilir. Belə ki, 2015–2016-cı tədris ilində Bakı və Abşeronda təxminən 410 min şagird olduğu halda, hazırda bu göstəricinin 623 minə yüksəldiyi bildirilir. Bu, təxminən 52 faizlik artım deməkdir. Eyni dövrdə ölkə üzrə şagird sayının 18 faiz artdığı qeyd olunur.

Eldəniz Əmirovun fikrincə, bu dinamika əhalinin Bakı aqlomerasında sürətlə cəmləşdiyini göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.

Ali təhsil müəssisələrində tələbə sayının artımını da qeyd edib. Onun sözlərinə görə, son 10 ildə ölkədə tələbələrin sayı 161,2 mindən 261,6 minə yüksəlib. Bu, 62,3 faiz və ya təxminən 100 min nəfərlik artımdır. Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşməsi nəzərə alındıqda, artımın əhəmiyyətli hissəsinin paytaxtın əhali yükünə təsir etdiyi bildirilir.

Təhlildə regionlardan miqrasiya, təhsil məqsədilə Bakıya gələnlərin sonradan şəhərdə qalması və tələbələrin ardınca ailələrin də paytaxta köçməsi kimi amillərin əhalinin Bakı və ətrafında cəmləşməsini artırdığı qeyd olunur.

Bundan başqa, Sumqayıt və digər ətraf ərazilərdən hər gün işləmək və təhsil almaq üçün Bakıya gələn insanların da şəhərin nəqliyyat və infrastrukturundan istifadə etdiyi vurğulanır. Bu səbəbdən paytaxtın gündəlik əhali yükünün faktiki yaşayış əhalisindən daha yüksək olduğu bildirilir.

İqtisadçı həmçinin əhalinin məhdud ərazidə cəmləşməsinin nəqliyyat problemini daha da ağırlaşdırdığını qeyd edib. Bakının inzibati ərazisinin 2,2 min kvadratkilometr olmasına baxmayaraq, sıx məskunlaşmanın daha kiçik ərazilərdə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşdığı bildirilir.

Bakının tıxac probleminə yalnız şəhər daxilində yol və nəqliyyat infrastrukturunun inkişafı prizmasından yanaşmaq kifayət deyil. Onun fikrincə, problemin kökündə daha geniş demoqrafik və urbanizasiya prosesləri dayanır.

Eldəniz Əmirov hökumətə mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatlarından istifadə etməklə Bakı və ətraf ərazilərdə faktiki yaşayan əhalinin sayının daha dəqiq müəyyənləşdirilməsini təklif edib.

O bildirib ki, bu məlumatlar ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması, nəqliyyat siyasətinin formalaşdırılması və şəhər infrastrukturunun düzgün planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri