Icma.az
close
up
RU
Bakının real əhalisi nə qədərdir?

Bakının real əhalisi nə qədərdir?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının əhalisi ilə bağlı rəsmi statistika paytaxtda qeydiyyatda olan sakinlərin sayını göstərilir. Lakin son illərdə bölgələrdən paytaxta və paytaxtətrafı ərazilərə güclənən miqrasiya fonunda Bakıda faktiki yaşayan insanların sayının rəsmi göstəricidən xeyli çox olduğu barədə fikirlər səslənir.

Modern.az Bakının real əhali sayı ilə bağlı məsələni araşdırıb.

Dövlət Statistika Komitəsinin sorğumuza cavab olaraq təqdim etdiyi məluamtda 1 iyul 2026-cı il tarixi üçün Bakı şəhərində qeydiyyatda olan əhalinin sayının 2 milyon 356 min 800 nəfər olduğu bildirilib.

Bu, paytaxtda rəsmi qeydiyyatda olan sakinlərin sayıdır. Lakin müxtəlif qeyri-rəsmi məlumatlarda Bakı şəhərində qeydiyyatda olmadığı halda faktiki yaşayan insanların sayının 1 milyon 200 mindən çox olduğu iddia edilir.

Əgər bu qeyri-rəsmi rəqəm öz təsdiqini taparsa, Bakı şəhərində faktiki yaşayan insanların sayı 3,5 milyondan çox ola bilər. Beləliklə, rəsmi qeydiyyat göstəricisi ilə faktiki yaşayış arasında kifayət qədər ciddi fərq yaranır. 

Bakı niyə bu qədər cəlbedici olub?

Son illərdə Azərbaycanın müxtəlif bölgələrindən Bakıya köçün əsas səbəbləri arasında iş imkanlarının daha çox olması, ali məktəblərin və digər təhsil müəssisələrinin paytaxtda cəmləşməsi, səhiyyə və xidmət sektorunun genişliyi, eləcə də yaşayış və sosial imkanların nisbətən çox olması göstərilir.

Bakı ölkənin əsas iqtisadi, inzibati və biznes mərkəzi olduğundan regionlardan gələn insanların əhəmiyyətli hissəsi burada məskunlaşmağa üstünlük verir. Bu proses isə paytaxtın nəqliyyat, yaşayış, kommunal və sosial infrastrukturuna əlavə yük yaradır.

Sıxlıq təkcə Bakı ilə məhdudlaşmır

Burada mühüm məqam ondan ibarətdir ki, söhbət yalnız Bakı şəhərinin inzibati ərazisindən gedir. Paytaxtın yaxınlığında yerləşən Abşeron rayonu, Xırdalan və Sumqayıt şəhərlərinin kənd və qəsəbələrində yaşayan əhali Bakı ilə bağlı yuxarıda göstərilən rəsmi rəqəmə daxil deyil.

Halbuki Bakı ilə Abşeron və Sumqayıt arasında faktiki olaraq vahid yaşayış və əmək məkanı formalaşıb. Minlərlə insan Abşeron və Sumqayıtda yaşasa da, Bakıda işləyir, təhsil alır və günün böyük hissəsini paytaxtda keçirir.

Xüsusilə Xırdalan bu baxımdan diqqət çəkən ərazilərdəndir. Müxtəlif qeyri-rəsmi mənbələrdə şəhərdə faktiki yaşayan əhalinin sayının yarım milyona yaxınlaşdığı bildirilir. Bu göstəricinin dəqiq rəqəmlərlə təsdiqlənməsi üçün ayrıca rəsmi demoqrafik araşdırmaya ehtiyac var.

Bundan başqa, Abşeron rayonunun digər kənd və qəsəbələrində, eləcə də Sumqayıt şəhərinin ətraf yaşayış məntəqələrində rəsmi qeydiyyatda olmadığı halda faktiki yaşayan insanların sayının kifayət qədər çox olduğu bildirilir.

Rəsmi statistika ilə real mənzərə arasında fərq

Problemin əsas tərəfi də məhz budur: əhalinin qeydiyyat məlumatları ilə insanların faktiki yaşadığı ünvanlar arasında fərq yarandıqda şəhər infrastrukturu üçün aparılan hesablamalar da müəyyən çətinliklərlə üzləşə bilər.

Məsələn, bir ərazidə faktiki yaşayan insanların sayı rəsmi qeydiyyatda olanlardan əhəmiyyətli dərəcədə çoxdursa, həmin ərazidə nəqliyyatın, məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin, su və kanalizasiya sistemlərinin, yolların və digər kommunal xidmətlərin yükünü əvvəlcədən hesablamaq çətinləşir.

Bakıda son illərdə müşahidə olunan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də şəhərə hər gün daxil olan insanların sayının artmasıdır. Səhər saatlarında Bakı istiqamətində yaranan sıxlıq yalnız paytaxt sakinlərinin hərəkəti ilə bağlı deyil. Abşeron, Xırdalan, Sumqayıt və digər ətraf yaşayış məntəqələrindən minlərlə insan iş və təhsil məqsədilə Bakıya gəlir, axşam isə əks istiqamətdə hərəkət edir.

Beləliklə, gündüz saatlarında Bakıda olan insanların sayı rəsmi qeydiyyat statistikasında göstərilən əhali sayından daha yüksək olur.

Bölgələr boşalır, Bakı böyüyür

Məsələnin digər tərəfi isə regionlardan paytaxta köçün davam etməsidir.

Əgər bu proses uzun müddət davam edərsə, Bakının əhali yükü daha da artacaq. Nəticədə mənzilə tələbat, nəqliyyat problemi, yol infrastrukturu, məktəblərdə sıxlıq, kommunal xidmətlərə ehtiyac və digər şəhər problemləri də böyüyə bilər.

Ona görə də məsələyə yalnız Bakının əhalisinin neçə nəfər olması kimi baxmaq kifayət deyil. Əsas sual budur:

Bakıda faktiki olaraq neçə nəfər yaşayır və paytaxtın infrastrukturu bu qədər əhalinin yükünü daşımağa nə dərəcədə hazırdır?

Bəlkə də Bakı ilə bağlı gələcək şəhərsalma və infrastruktur planları hazırlanarkən yalnız qeydiyyatda olan əhali deyil, faktiki yaşayan və hər gün paytaxta daxil olan insanların sayı da nəzərə alınmalıdır.

Əks halda rəsmi rəqəmlər ilə real həyat arasında yaranan fərq paytaxtda sıxlığın daha da artmasına səbəb ola bilər.

Qeyri-rəsmi məlumatları toplasaq, Bakı və ümumilikdə Abşeron yarımadasında Azərbaycan əhalisinin 60%-ə qədərinin yaşadığını bildirmək olar.

Mayıl Ağaxanov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri