Icma.az
close
up
RU
Bakının ayrı ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

Bakının ayrı ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a qurumun sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.

Beləliklə,

Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır. Elə həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlik də Neftçilər prospektindədir. Müvafiq olaraq 9 629 manatla və 9 650 manatla.

Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3 985 manatla və 3 285 manatla. Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 may küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 4 175 manatla rayonun Hənifə Ələsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 918 manatla Nizami küçəsindədir. Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 3 408 manatla rayonun Nəcəfqulu Rəfiyev küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 050 manatla elə Xocalı prospektindədir. Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 280 manatla Şah İsmayıl Xətai prospektindədir. Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 025 manatla Q.Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2 630 manatla Elşən Süleymanov küçəsindədir. Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Z.Əliyev küçəsindədir. Müvafiq olaraq, 2 230 manatla və 1 995 manatla elə Zahid Əliyev küçəsindədir. Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də O.Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2 562 manatla və 2 239 manatla. Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də İbrahimpaşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2 916 manatla və 2 710 manatla. Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2 140 manatla və 1 845 manatla. Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 1 990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1 750 manatla elə S.Orucov küçəsindədir.  

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see129

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri