Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Bakının sirlərlə dolu BAĞIROV KÖRPÜSÜ

Bakının sirlərlə dolu BAĞIROV KÖRPÜSÜ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq neçəci dəfədir ki, Bakıya yağan güclü yağış Heydər Əliyev prospektindəki “Bağırov körpü-tuneli"ni gündəm edir. Yağış sularının tuneli doldurması bu gün də Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti iflic etdi. Deməli, aidiyyatı qurumlar bu problemin təkrarlanmaması üçün çıxış yolu tapmasalar, görəcəkli günlərimiz var.
Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında növbəti yazını təqdim edir. Bu dəfə sizə dünən gecədən hamının dilindən düşməyən məşhur “Bağırov körpüsü”ndən bəhs edirik.
Körpü-tunel 1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun adını daşıyır. Köhnə Moskva – indki Heydər Əliyev prospektində yerləşən bu keçiddə bir əsas, iki yan tunel var. Tunellərin istündən isə qatarları ötürən dəmiryol xətti, köməkçi maşın yolları keçir.

Yeri gəlmişkən, körpünün tikintisinə qədər dəmir yolu yerlə gedirdi və daim Moskva prospektində avtomobillərin hərəkətinə maneə yaradırdı.
“Bağırov körpüsü” ilə bağlı xeyli əfsanə dolaşır. Deyilənlərə görə, bir gün Mircəfər Bağırov avtomobillə aeroporta gedərkən sözügedən ərazidə keçid bağlı olduğuna görə yük qatarını düz iki saat gözləməyə məcbur olur. Moskvaya uçmalı olan birinci katib gecikəcəyindən narahat olur və bərk əsəbləşir. Nəhayət, şlaqbaum qalxır və sürücü maşını hava limanına tərəf sürür. Artıq təyyarəyə qalxan Bağırov onu yola salan müavininə üz tutub deyir: “Qayıdandan sonra orada körpü layihəsi hazır olsun…Anladın?!”
İddia olunur ki, körpünün layihəsi iki həftəyə hazır edilir. Çünki Bağırovla zarafat etmək olmazdı.
Amma körpünün tikintisilə bağlı olan bu deyilənlər yəqin ki, hansısa təxəyyülün məhsuldur. Axı Azərbaycana rəhbərlik edən birinci şəxsin aeroporta tələsərkən iki saat keçiddə dayanmasına necə inanmaq olar?  Şübhəsiz ki, birinci katibin Moskvaya uçacağı əvvəlcədən məsul şəxslərin, o cümlədən dəmir yolu rəhbərliyinin diqqətinə çatdırılırdı ki, müvafiq təhlükəsizlik tədbirləri görülsün. Yəqin ki, Moskvaya uçan Bağırova dəmir yolunda yaşıl işıq yandırılmışdı.
Bununla belə, Mircəfər Bağırovun haqqında bəhs etdiyimiz körpünün tikintisinin təşəbbüskarı olması istisna edilmir.

Başqa bir əfsanədə deyilir ki, Mircəfər Bağırov körpünün formasında “M” hərfinin şifrələnməsini əmr edib. Körpünün “M” hərfi formasında tikilməsi də onun adını simvolizə edir.  
Məlumatlara görə, birini katib Moskvadan təcrübəli mütəxəssislər dəvət edir, inşaat materialları gətirdir. O, vəzifədə olduğu sonuncu ildə - 1953-də körpünün inşasına start verilir. İddialara görə, tikintidə o zaman sovetlərin əlində olan alman hərbi əsirlər və həbsxanada saxlanılan dustaqlar da işlədilib. Körpünün tikintisi zamanı işlər dayanmadan dörd növbədə görülürmüş.

Çuqun məhəccərlərlə, daş oymalarla işlənmiş körpü 1955-ci ildə hazır olanda Mircəfər Bağırov artıq birinci katib vəzifəsindən çıxarılmışdı. Elə həmin ildə onu repressiyalara görə həbs etmişdilər.
Deyirlər ki, o dövrdə yeni tikilən körpülərin dayanıqlılığını yoxlamaq və onu sınaqdan keçirmək üçün belə bir qayda varmış: layihəni hazırlayan və tikintidə iştirak edən məsul şəxslər körpü istismara verilərkən inşaatçılarla birlikdə onun altında dayanarmışlar. Bununla da onlar körpünün möhkəmliyinə zəmanət verdiklərini sübut edirmişlər. Guya, Bağırov körpüsü istifadəyə veriləndə də bu qaydadan istifadə olunub. Partiya rəhbərliyinin göstərişi ilə layihəçilər və inşaatçılar körpünün altında dayanıblar. Bu doğrudur, ya yox, demək çətindir, amma fakt odur ki, Bağırov körpüsünü Bakının ən davamlı yol ötürücülərindən biri adlandırmaq olar.
2007-2009-cu illərdə Bağırov körpüsü yenidən qurulub. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilib, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılıb. Heydər Əliyev prospektində hərəkət zolaqlarının sayını artıran yol ötürücüsünə daha iki aşırım əlavə edilib.

A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri