Bakının Hövsan qəsəbəsində su kəsiləcək
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, sabah səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Bakının Hövsan qəsəbəsində su kəsiləcək
16 Noyabr 2024 09:56

