Azərbaycan “Aİ 95” markalı benzini Türkiyədən 1,9 manata alır Siyahı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin ilk 8 ayında Azərbaycana xaricdən 120 min 530 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana idxal edilən “Aİ-95” markalı benzinin ümumi dəyəri 120 milyon 244 min dollar olub.
Qeyd edək ki, xaricdən gətirilən benzinin 1 litrinin orta gömrük dəyəri təxminən 75 sent (1,27 manat) təşkil edib.
Azərbaycan “Aİ-95” markalı benzini ən çox Bolqarıstandan, ən baha qiymətə isə Türkiyədən idxal edib.
Azərbaycana “Aİ-95” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:
Bolqarıstan – 42 min 881,5 ton (1 litri – 1,52 manat);
Rusiya – 31 min 240,97 ton (1 litri – 1,11 manat);
Belarus – 21 min 460,75 ton (1 litri – 1,12 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 9 min 0,15 ton (1 litri – 1,08 manat);
Yunanıstan – 8 min 58,23 ton (1 litri – 1,25 manat);
Rumıniya – 4 min 349,13 ton (1 litri – 1,29 manat);
Qazaxıstan – 3 min 290,32 ton (1 litri – 1,11 manat);
Türkiyə – 181,82 ton (1 litri – 1,91 manat);
Gürcüstan – 67,01 ton (1 litri – 1,36 manat).
Onu da qeyd edək ki, 2024-cü il iyulun 15-dən Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 manatdan 1,6 manata endirilib.
Elnur Əli
Baxış sayı:211
Bu xəbər 26 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















