Icma.az
close
up
RU
Bakının iki dostu dağıdıcı müharibəyə başlayır? 3 kritik detal

Bakının iki dostu dağıdıcı müharibəyə başlayır? 3 kritik detal

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.

Sitat:

 “Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik

Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm”.

Tramp Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da deyib.

Trampın Ərdoğanla bağlı pozitiv sözlər deməsi, xüsusilə də bunu Netanyahu ilə görüşdə dilə gətirməsi diqqət çəkir. Məsələ ondadır ki, son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyə və İsrailin Suriyada qarşı-qarşıya gəlməsidir. Bir çoxları baş verənlərin fonunda bunun qaçılmaz olduğunu düşünürlər.

Aydın məsələdir ki, Türkiyə Bəşər Əsədin devrilməsində müstəsna rola malikdir. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın da Ankaraya yaxınlığı bəllidir. Son günlər isə Türkiyənin Suriyada daimi hərbi baza açmaq istəməsi xəbərləri, başda İsrail olmaqla regionda maraqlı qüvvələri  narahat edir.

İsrail Əsəddən sonra Suriyanın İran təsirindən çıxmasından məmnun olsa da, Türkiyə təsirinə düşməsindən məmnun deyil. Son günlər Suriyaya endirilən aviazərbələr, həmçinin İsrail ordusunun bir sıra məntəqələri ələ keçirməsi Təl-Əvivin narahatlığını göstərir.

Bilinənin əksinə, Türkiyə və İsrail bu və ya başqa formada heç vaxt regionda müharibə etməyəcək:

Birincisi, İsrail və Türkiyə düşmən deyil. Türkiyə ABŞ-dan sonra İsrailin müstəqilliyini tanıyan ölkədir. İki ölkə uzun illər başda hərbi və kəşfiyyat sahələri olmaqla bir çox sahədə əməkdaşlıq edib, proses davam edir. Hətta deyərdim, Bəşər Əsədin devrilmə prosesində MİT və “Mossad” müəyyən mənada ortaq hərəkət edib.

İkincisi, nə Türkiyə, nə də İsrail bir-birinə qarşı müharibəni gözə ala bilər. İki ölkədə kifayət qədər güclüdür. Türkiyə ordusu qarşısında İsrail ordusu say etibarilə çox azdır. İsrail müdafiə müharibəsində ixtisaslaşmış olsa da, Türkiyənin hücum doktrinalarına qarşı müqavimət göstərməsi çətindir.

Lakin bu da bir həqiqətdir ki, İsraili başda ABŞ olmaqla, qərb ölkələri müdafiə edir. Yəni bu ölkəyə hücum, ya da müharibə elanı birbaşa ABŞ və müttəfiqlərə müharibə deməkdir. Bundan başqa, İsrailin maliyyə gücü də Ankaranı çəkindirəcək faktordur.

Üçüncüsü, həm İsrail, həm də Türkiyə ABŞ üçün Yaxın Şərqdə mühüm strateji tərəfdaş və müttəfiqdir. İki müttəfiqin regionda müharibə həddinə gəlməsinə ABŞ heç bir halda icazə verməz.

Ankara və Təl-Əviv ən yaxşı halda Suriya uğrunda proksi müharibə apara bilər. Yəni İsrail ələviləri, kürdləri, druziləri mərkəzi hakimiyyətə qarşı ayaqlandıra, Türkiyə isə Əhməd əş-Şaraya dəstəyini artıra bilər. Lakin iki ölkənin klassik mənada müharibə etməsi mümkünsüzdür.

Trampın Ərdoğanı tərifləməsinə gəldikdə isə bu, kifayət qədər hiyləgər addımdır. Ümumiyyətlə, Trampın Ərdoğanın eqosuna fokuslandığı aydın görünür. Tramp Türkiyədə PKK-nı bitirməklə bağlı Ankaraya söz vermiş ola bilər. Amma Abdullah Öcalanla danışıqların başlanması öncəsində PKK-nın dolayı yolla Türkiyə siyasətinə nüfuz edib, parlamentdə yer alması kimi məsələlər diqqət çəkir. Bundan başqa, ABŞ Türkiyənin Suriyadakı PYD, YPG ilə bağlı narazılığını da bloklamağı bacarıb. Məsələn, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara həm yeni kabinetin tərkibində, həm də parlamentdə YPG/PYD-yə yer verdi. Qısası, ABŞ Türkiyə ilə gərginliyin mənasız olduğunu yaxşı dərk edir. Buna görə də yumşaq güc siyasətinə üstünlük verir. ABŞ Prezidenti Donald Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı dedikləri də bunu təsdiq edir.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri