“Bu, sadə tribuna olayı deyil, milli məsələyə çevrildi”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Beşiktaş”ın futbolçusu Salih Özcan Avropa Liqasında “Hapoel”ə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi qarşılaşma zamanı tribunada türkiyəli azarkeşlərlə polis arasında yaşanan insidentə toxunub:
“Oyun fərqli alındı. Qələbə qazandığımız üçün şadam. Tribunada baş verənlər xoş deyil. Bir neçə azarkeşimiz xəsarət alıb, onlara şəfa arzulayıram. Bu qalibiyyəti fanatlarımıza həsr edirik.
Hadisələr elə cərəyan etdi ki, artıq bu, sadə tribuna olayı deyil, milli məsələyə çevrildi. Bizə dəstək olan, arxamızda duran hər kəsə minnətdarıq”.
Qarşılaşmanın birinci hissəsində türkiyəli azarkeşlər Fələstinə dəstək məqsədilə pankart açıb. Bunu görən Gürcüstan polisi məsələyə müdaxilə edib və tribunada ara qarışıb. Təxminən 20 dəqiqə dayanan oyun sonradan bərpa edilib.
Görüş “Beşiktaş”ın qələbəsiylə başa çatıb – 2:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















