Icma.az
close
up
RU
Bakının işıqsız qalan işıq dirəkləri... Məsul qurumlar niyə məsuliyyətsizlik edir?

Bakının işıqsız qalan işıq dirəkləri... Məsul qurumlar niyə məsuliyyətsizlik edir?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yollarda gözlənilməz qəzalarla yanaşı, buna səbəb olan amillər də kifayət qədərdir. Bu, bəzən texniki məsələlərlə bağlı ola bilər, bəzən də səhlənkarlıqla...Sözügedən və hər bir vətəndaş üçün əhəmiyyət kəsb edən problemlərdən də biri yollarda quraşdırılan işıq dirəkləri ilə bağlıdır. Yəqin, əksəriyyət paytaxt küçələrində var olan, amma işlək vəziyyətdə olmayan dirəklərlə qarşılaşıb.

Sfera.az bildirir ki, bu cür hallar yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Bir çox küçə və prospektdə işıq dirəklərinin yetərincə işləməməsi və ya ümumiyyətlə, olmaması vətəndaşların narazılığına səbəb olur. Bu, xüsusilə gecə saatlarında, yağışlı havalarda yol təhlükəsizliyini azaldır. Bəzi ərazilərdə qəzalar nəticəsində işıq dirəkləri aşsa da, uzun müddət təmir edilmir və ya dəyişdirilmir. Bu da həm estetik problemlər yaradır, həm də təhlükəli şəraitə səbəb olur. Yaxud bəzi küçələrdə işıq dirəkləri ya düzgün yerlərdə yerləşdirilməyib, ya da sayca yetərsizdir. Bu, küçələrin bərabər işıqlandırılmasına mane olur və müəyyən ərazilərin tam qaranlıq qalması ilə nəticələnir. Təbii ki, bu problemlər şəhər sakinləri arasında narazılıq yaradır və müvafiq qurumlardan daha operativ şəkildə tədbir görülməsi tələb edilir. Oxşar problemlərdən biri ötən gün Böyükşor-Pirşağı yolunda baş verib. Yeni çəkilmiş yolda quraşdırılan işıq dirəkləri gecə saatlarına rəğmən, necə deyərlər, müvafiq işini yerinə yetirməyib və nəticədə bəzi vətəndaşlar təhlükə ilə üzləşiblər. 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, bir ərazidə ümumi olaraq nəqliyyat vasitələrinin istismarı üçün hər hansı bir şəraitin yaradılmasına ilk növbədə işıqlanma, yol infrastrukturunun qurulması, həmin ərazidə olan vətəndaşların və ərazidə xidmət göstərəcək iaşə obyektlərinin yol boyu işıqlandırılması və.s daxildir:

“Bu, hər hansı bir hərəkətin təhlükəsizliyi üçün də bir stimul verir. Yəni bu cür texniki göstəricilərin təmin edilməsi həm də vergilərin ödənilməsi, həmin obyektlərin işləməsi və obyekt üzrə vergilərin vaxtında yığılması kimi məsələlərə də təsir edir, dövlət gəlirlərinə, büdcəsinə fayda verir.Ona görə də bu işlərin xüsusi olaraq nəzarətdə saxlanması vacibdir. Ola bilər ki, dirəklərin işıqları sönər, işlək vəziyyətdə olmaz, bu kimi hallar bu və ya digər formada diqqətdə saxlanılmalı, ümumiyyətlə, hərəkətin təşkilinə və təhlükəsizliyinə xüsusi önəm verilməlidir”.

Bəs paytaxt yollarında işıq dirəklərinin ümumi vəziyyətinə hansı qurumlar cavabdehdir?

Bakı küçələrində işıq dirəkləri və ümumi işıqlandırma sistemlərinə nəzarət edən əsas qurum “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi və Bakı Şəhər İcra Hakimiyyətidir. Bu qurumlar işıq dirəklərinin quraşdırılması, təmiri və texniki baxışını həyata keçirməlidirlər. Belə ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi şəhərin işıqlandırma sisteminə texniki nəzarət edir. Onların məsuliyyətinə qəzaya uğramış və ya işləksiz olan dirəklərin təmiri, köhnəlmiş sistemlərin yenilənməsi və yeni işıq dirəklərinin quraşdırılması daxildir. Bu qurum həmçinin işıq dirəklərinin təhlükəsizliyini təmin etməlidir,  xüsusən də elektrik naqillərinin təhlükəsiz şəkildə quraşdırılması və açıq naqillərin aradan qaldırılması ilə məşğul olmalıdırlar.

Bakı Şəhər İcra Hakimiyyəti isə şəhərin ümumi abadlıq işlərinə cavabdeh olan qurumdur, şəhər işıqlandırmasının düzgün işləməsinə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət etməlidir. Həmçinin müvafiq işıqlandırma sistemlərinin modernləşdirilməsi və şəhərin müxtəlif ərazilərində bərabər şəkildə işıqlandırılmasını təşkil etmək onların məsuliyyətinə daxildir. Elektrik enerjisi təchizatına cavabdeh olan qurum isə "Azərişıq" ASC-dir. Bu qurum da bəzi hallarda işıq dirəklərinin elektrik təchizatına nəzarət edir. Onlar enerji təchizatında baş verən problemləri həll etmək üçün "Bakı Şəhər İşığı" ilə əməkdaşlıq edirlər. Bu məsələyə nəzarət edən qurumlar işıq dirəkləri ilə bağlı problemləri həll etməklə yanaşı, vətəndaşların şikayətlərinə də diqqət yetirməlidirlər. Şikayət və müraciətlər əsasında operativ təmir işləri aparmalıdırlar. 

Cavabdeh qurumlar niyə bu məsələlərə nəzarət etmir?

Qeyd edək ki, gecə vaxtı işıq dirəklərinin işləməməsi, xüsusilə yağışlı və qaranlıq hava şəraitində, ciddi təhlükəsizlik və nəqliyyat problemlərinə səbəb ola bilər. Bu vəziyyətin aidiyyəti qurumların məsuliyyət sahəsinə aid olması, həm şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək, həm də şəhərin infrastrukturunu qorumaq baxımından vacibdir.  İşıq dirəklərinin texniki baxımını və təmirini həyata keçirmək Bakı Şəhər İcra Hakimiyyəti və ona tabe olan kommunal xidmətlərdən birbaşa məsuliyyət tələb edir. Müntəzəm olaraq işıqlandırma sistemlərinin yoxlanılması və nasaz olan dirəklərin bərpa edilməsi onların əsas vəzifələridir.

Gecə vaxtı küçə işıqlarının işləməməsi sürücülərin görünüş məsafəsini azaldır və yol qəzası riskini artırır. Xüsusilə yağışlı günlərdə su yığıntıları və sürüşkən yollar da əlavə təhlükələr yaradır. Kifayət qədər işıqlandırılmayan ərazilərdə cinayət riski də artır. Qaranlıq küçələrdə təhlükəsizlik hissi azaldığı üçün, bu, oğurluq, qarət kimi cinayətlər üçün münbit şərait yarada bilər. Məhz bu səbəblərə görə, aidiyyəti qurumlar işıq dirəklərinin mütəmadi texniki baxımını həyata keçirməli və xüsusilə yağışlı günlərdə qısa müddət ərzində problemləri həll etmək üçün operativ tədbirlər görməlidir.

Nəzərə almaq lazımdır ki, ölkə başçısı şəhər infrastrukturunun, o cümlədən işıqlandırma sistemlərinin müasirləşdirilməsi və şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi önəm verir.Müxtəlif vaxtlarda Bakı və digər iri şəhərlərdə işıqlandırma və nəqliyyat təhlükəsizliyinə aid layihələrin inkişaf etdirilməsi ilə bağlı da bir neçə tapşırıq verilib. Prezident tərəfindən verilən tapşırıqlar arasında şəhər infrastrukturunun modernləşdirilməsi xüsusi yer tutur. Bu çərçivədə işıqlandırma sistemlərinin yenilənməsi də ön plandadır. İşıq dirəklərinin müasir texnologiyalarla təchiz olunması və avtomatlaşdırılmış nəzarət sistemlərinin quraşdırılması dövlət proqramlarının bir hissəsidir. Ölkə başçısı tərəfindən “Təhlükəsiz Şəhər” proqramının genişləndirilməsi ilə bağlı tapşırıqlar da verilib. Bu proqram çərçivəsində küçə işıqlandırma sistemlərinin təkmilləşdirilməsi, xüsusi hallarda, məsələn, yağışlı və qaranlıq günlərdə piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq üçün tədbirlər görülməlidir. 

Prezidentin tapşırıqları arasında qəza hallarında və təcili vəziyyətlərdə kommunal xidmətlərin operativ tədbirlər görməsi xüsusi vurğulanır. İşıqlandırma ilə bağlı problemlərin dərhal həll edilməsi və bu halların minimuma endirilməsi üzrə tədbirlər görülməlidir. Bu, həm sürücülərin, həm də piyadaların təhlükəsizliyinin təmin olunması üçün vacibdir.

Beləliklə, aidiyyəti qurumlar, xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxt yollarında bəzi işıq dirəklərinin niyə işlək vəziyyətdə olmadığı ilə bağlı suallara aydınlıq gətirməli, öz məsuliyyətini dərk etməlidir. Əks halda, onsuz da artan qəzaların böyük təhlükələrə yol açmasının şahidi olacağıq.

Türkan 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri