Icma.az
close
up
RU
Bakının “kabusu” sona çatır Sentyabrda mühüm yenilik olacaq

Bakının “kabusu” sona çatır Sentyabrda mühüm yenilik olacaq

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, “Formula 1″in Azərbaycan mərhələsinin keçiriləcəyi məkanla bağlı yenilik gözlənilir. Belə ki, yarış “Sea Breeze” kurortunun bir hissəsi olaraq yaradılacaq süni adada keçirilə bilər. Azərbaycanlı iş adamı Emin Ağalarovun fikrincə, marşrut xəttinin dəyişdirilməsi, xüsusən də yarışın mərkəzdən uzaq bir ərazidə keçirilməsi Bakıda mövcud olan tıxac və yolların bağlanması problemlərini həll edəcək.

Bildiyimiz kimi, “Formula 1” zamanı Bakının mərkəzi hissələrində yarış hazırlıqları və tədbirlər üçün yolların bağlanması, tıxacların yaranması və nəqliyyatın tənzimlənməsi ilə bağlı ciddi çətinliklər yaşanır.

Bu dəyişiklik, həmin çətinliklərin aradan qaldırılmasına kömək edə bilərmi? Bakıda yaranan nəqliyyat problemləri həqiqətən də bu yeniliklə aradan qaldırıla biləcəkmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, “Formula 1” yarışları Azərbaycanın beynəlxalq imicinə böyük müsbət təsir göstərir. Ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir:

“Formula 1” yarışları Bakıya böyük diqqət çəkir və bu, yalnız idman deyil, həm də Azərbaycanın dünya miqyasında tanınmasına kömək edən mühüm bir tədbirdir. Yarışların keçirilməsi ilə bağlı şəhərdə yaranan səs-küy və tıxaclar müvəqqətidir və başa düşüləndir. Yarışın keçirilməsi ilə Bakının bir sıra tarixi abidələri və turizm bölgələri dünya miqyasında nümayiş etdirilir. Bu, turist axınının artmasına, şəhərin tanınmasına və iqtisadi inkişafın dəstəklənməsinə səbəb olur. Bu, Azərbaycanın imicinə müsbət təsir göstərir”.

Aslan Əsədov

Aslan Əsədov, həmçinin şəhərdaxili nəqliyyatın daha səmərəli idarə olunmasının vacibliyini qeyd edib:

“Formula 1” zamanı Bakı şəhərində yaranan tıxacların aradan qaldırılması üçün atılan addımlar böyük əhəmiyyət kəsb edir. Hökumət və müvafiq qurumlar bu məsələyə ciddi yanaşaraq, yarışın keçirildiyi müddət ərzində şəhərin nəqliyyatını nizamlamaq üçün optimal həllər tapmağa çalışır. Bu tədbirlər yarış dövründə şəhər infrastrukturunun təkmilləşdirilməsi baxımından faydalıdır”.

Aslan Əsədov əlavə edib ki, yarışların gələcəkdə dəniz kənarında, “Sea Breeze”də keçirilməsi də müsbət nəticələr verəcək:

“Bu cür tədbirlərin dəniz ətrafında keçirilməsi möhtəşəm görüntülər yaradacaq və Bakı üçün yeni turizm marşrutlarının inkişafına təkan verəcək. Dəniz kənarında yarışın təşkil edilməsi, həmçinin şəhərin təbiətini və gözəlliklərini bir daha vurğulayacaq. Bununla yanaşı paytaxtın əsas hissələri tıxacdan qurtulmuş olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri