Icma.az
close
up
RU
İsraillə bağlı mövqe dəyişdi Sentyabrda mühüm qərar olacaq

İsraillə bağlı mövqe dəyişdi Sentyabrda mühüm qərar olacaq

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailə qarşı dünyada dəyişən mövqe diqqət çəkir. Aparılan beynəlxalq sorğular göstərir ki, hətta xristian ölkələrində də Qəzza hadisələri fonunda Təl-Əvivə münasibət mənfiyə doğru dəyişib. Artıq bir müddətdir xüsusilə Avropada İsrailin hücumları dayandırması üçün kütləvi aksiyalar keçirilir, bu ölkənin vətəndaşları hədəf alınır.

Bu tendensiya gələcəkdə İsrailə qarşı beynəlxalq təzyiqlərin artmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, İsrail ABŞ-ın dəstəyinə arxalanaraq Yaxın Şərqin yenidən dizayn olunması prosesini davam etdirir:

“Vaşinqton da Təl-Əvivin bölgədə hegemon mövqe qazanması ssenarisi çərçivəsində Yaxın Şərqin yenidən təşkilinə cəhd göstərir. Bu baxımdan İsrailin Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində atdığı addımlar birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Lakin son zamanlar İsrailin fəaliyyətləri beynəlxalq aləmdə, hətta ABŞ-ın siyasi və ictimai dairələrində belə ciddi narazılıq doğurmağa başlayıb. Çünki beynəlxalq hüquq normalarını pozan təhlükəli addımlar atılır.


Elçin Xalidbəyli

Bu səbəbdən, ABŞ daxilində də Prezident Donald Tramp administrasiyasına təzyiqlər artır və İsrailə verilən dəstəyin dayandırılması tələb olunur. Avropada isə Təl-Əviv əleyhinə etirazlar daha da güclənib. Almaniya, Böyük Britaniya, İspaniya, Fransa kimi aparıcı dövlətlər rəsmi şəkildə etirazlarını bildiriblər və sentyabr ayında müstəqil Fələstin dövlətinin rəsmən tanınmasına qərar verilə biləcəyini açıqlayıblar.

Sentyabrda keçiriləcək BMT Baş Assambleyasının iclasında bu məsələnin müzakirəyə çıxarılması nəzərdə tutulur. Artıq dünyada İsrail əleyhinə prosesin gücləndiyi müşahidə olunur və rəsmi Təl-Əviv də bu reallığı nəzərə almaq məcburiyyətində qalacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri