Icma.az
close
up
RU
“Bakının köçürülməsi real deyil”

“Bakının köçürülməsi real deyil”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İranda paytaxtın köçürülməsi məsələsi müzakirə olunur, lakin bunun səbəbi yalnız su qıtlığı ilə bağlı deyil. Əsas məsələ su qıtlığı ilə yanaşı, sürətli əhali artımıdır”.

Moderator.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən dosent Zaur İmrani deyib.

Onun sözlərinə görə dünyanın bir çox ölkələrində paytaxt şəhərlər həddindən artıq yükləndiyi və infrastruktur davam gətirmədiyi üçün köçürülməsi gündəmə gəlir. Bu təkcə İranın, Azərbaycanın və ya digər ölkələrin problemi deyil:

“Bakı III əsrdə paytaxt olmasa belə yaşayış məskəni idi, paytaxta çevrildikdən sonra urbanizasiya, sənaye və əhali sıxlığı şəhərin sürətlə böyüməsinə səbəb oldu. Bakı şəhərinin köçürülməsi məsələsi 1960-70-ci illərdən müzakirə olunurdu və bu gün də gündəmdədir. Lakin hələ də konkret istiqamət yoxdur: yeni paytaxt hansı ərazidə salınmalıdır, həmin məkanın təbii-coğrafi şəraiti necə olacaq? Ən vacib suallardan biri də əhalinin dayanıqlı su təminatının necə qurulmasıdır. Yeni şəhər elmi əsaslarla seçilmiş regionda yerləşməli, perspektiv inkişaf zonaları əvvəlcədən müəyyən olunmalıdır. Şəhər genişləndikcə planlaşdırmadan kənara çıxılmamalıdır. Bütün bu məsələlər araşdırılıb dəqiq şəkildə müəyyənləşdirildikdən sonra Bakının köçürülməsi barədə düşünmək mümkündür”.

Zaur İmrani hesab edir ki, Bakının köçürülməsi hələlik real deyil, bunun üçün əvvəlcə elmi əsaslandırma lazımdır:

“Türkiyədə paytaxtın İstanbul yox, Ankara olması da demoqrafik yükün paylanması və balanslı inkişaf strategiyası ilə bağlı olmuşdu. Azərbaycanda davamlı inkişaf üzrə 17 prioritet istiqamət müəyyən edilib. Onlardan biri regional demoqrafik siyasətdir. Hazırda əhalinin böyük hissəsi paytaxta cəmlənib, çünki iqtisadi imkanlar, iş yerləri, nəqliyyat infrastrukturu və sosial həyat Bakıda daha cəlbedici görünür. Lakin bu prosesin mənfi tərəfləri də var. Regionlarda əhalinin sayının azalması, qocalma prosesinin sürətlənməsi və s. Bakıda tıxaclar, ekoloji problemlər, tullantıların çoxalması müşahidə olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri