Icma.az
close
up
RU
Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə FOTOLAR

Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə FOTOLAR

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzində, Şəhid Həmidağa Hüseynzadə küçəsində (keçmiş Zərgərpalan küçəsi) yerləşən qədim hamamın mövcudluğu, uzun illər ərzində nəinki paytaxt sakinlərindən, hətta o ərazidə yaşayan sakinlərin özündən belə gizli qalıb. Buna səbəb kimi isə hamamın divarlarında inventar nömrəsinin olmaması göstərilir.

Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, memarlıq abidələrinin siyahısında bu hamamın 1899-cu ildə tikildiyi (inventar nömrəsi: 3578) və yerli əhəmiyyətli memarlıq abidəsi olduğu göstərilib.

“Siyahıda həmin abidənin ünvanı kimi Zərgərpalan küçəsi, 87 qeyd edilib. Ancaq hazırda bu küçə Şəhid Həmidağa Hüseynzadənin adını daşıyır”, – deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, tarixi tikilinin divarları mütəxəssislər tərəfindən təmizlənib:

“Bakı şəhəri, Yasamal rayonu, Şəhid Həmidağa Hüseynzadə küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən arxeoloji tədqiqat işləri aparılıb. Eləcə də tarixi tiklinin divarları mütəxəssislər tərəfindən təmizlənib.

Ünvan məsələsinə gəlincə, tarix və mədəniyyət abidələrinin siyahısı yenilənən zaman bu və adları, ünvanları dəyişən digər küçələrdə də yerləşən tarixi tikililərin ünvanı yenilənəcək. Həmin siyahının yenilənməsi üzərində iş gedir”. ("Globalinfo")

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://publika.az
archiveBu xəbər 19 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri