Icma.az
close
up
RU
Bakının mərkəzində qızlar saçyolduya çıxdı Başqa oğlanla görüşdüyümü niyə sevgilimə demisən?

Bakının mərkəzində qızlar saçyolduya çıxdı Başqa oğlanla görüşdüyümü niyə sevgilimə demisən?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nizami rayonunda iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də rayonun Ə. Hacıyev küçəsində yerləşən mağazanın qarşısında baş verib. 2006-cı il təvəllüdlü Fərqanə sevgilisi Fuada əvvəllər tanıdığı Fazilənin onun başqa şəxslərlə danışıb, görüşməsi barədə yalan malumat verməsini bəhanə edib, onu görüşə çağırıb.Fərqanə iyulun 23-də, saat 20 radələrində ictimai yerdə Fazilənin ünvanına nalayiq ifadələr işlədib, qəflətən yumruğu ilə onun sifət nahiyəsinə qəsdən vurub. 
Hadisəni törədən Fərqanənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fərqanə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,  2025-ci ilin iyul ayının təxminən ortalarında tanışı Fazilə ilə aralarında telefon vasitəsilə sözlü mübahisə yaşanıb: “Mübahisəyə səbəb Fazilənin sevgilim olan Fuada mənim haqqımda, başqa bir şəxslə görüşməyim barədə yalan məlumat verməsi olub. Fazilə ilə bir neçə dəfə görüşdüm, onunla bu haqda söhbət etmək istəsəm də, o, mənimlə görüşmədi. Fuada dedim ki, Fazilə ilə əlaqə saxlayaraq onu görüşə çağırmasını, onunla söhbət etmək istəyirəm. Fuad Fazilə ilə telefon vasitəsilə əlaqə saxladı, onunla görüş təyin etdi. İyulun 23-də, saat 20 radələrində Fazilə işdən çıxan zaman mən Fuadla birlikdə onun iş yerinin yaxınlığında olan binanın qarşısına getdik. Bu zaman Fazilə yol kənarında səkinin üzərində dayanaraq bizi gözlədi. Mən Faziliyə yaxınlaşdım və yumruq ilə onun sifətindən zərbə vurdum. Daha sonra Fuad bizi ayırdı. Mənim əsəbim sakitləşmədiyi üçün Fazilənin üzərinə təkrar gedən zaman Fuad məni saxladı. Məni öz avtomobilinə əyləşdirdi və biz oradan uzaqlaşdıq”.
İş üzrə zərərçəkmiş Fazilənin sözlərinə görə, 2025-ci ilin iyul ayının təxminən ortalarında tanışı Fərqanə ilə aralarında telefon vasitəsilə sözlü mübahisə yaşanıb: “Mübahisəyə səbəb ikimizin də tanışımız olan Fuada Fərqanənin başqa bir oğlanla tanış olması və onunla gəzməyə getməsi barədə danışmam olub. Bu səbəbdən onunla mübahisəm yaşandı. Fərqanə mənimlə bir neçə dəfə görüşərək söhbət etmək istədiyini bildirsə də, mən onunla görüşmədim”. 
Fərqanə qeyd edib ki, iyulun 23-də Fuad ona zəng edib və görüşmək istədiyini, özünün tək olmayacağını, onunla birlikdə Fərqanənin də gələcəyini deyib: “Mən Fərqanə ilə görüşmək istəmədiyini desəm də, Fuad mənə aralarında olan məsələni aydınlaşdırmaq istədiyini, Fərqanənin mənimlə sadəcə söhbət etmək istədiyini dedi. Buna görə razılaşdım. Həmin gün saat 20 radələrində işdən çıxan zaman Fərqanə ilə Fuadın işlədiyim mağazanın yaxınlığında mənə yaxınlaşdılar. Bu zaman Fərqanə mənim ünvanıma nalayiq ifadələr işlədərək üzərimə gəldi və yumruğu ilə sifətimə bir dəfə zərbə vurdu. Bundan sonra Fuad bizi ayırdı. Fərqanənin birgə gəldikləri avtomobilə tərəf apardı. Mən dərhal oradan uzaqlaşaraq bu barədə polisə məlumat verdim”. 
İş üzrə şahid qismində ifadə verən Fuadın sözlərinə görə, Fərqanə və Faziləni təxminən 2 ilə yaxındır tanıyır: Fazilə ilə dostluq, Fərqanə ilə sevgi münasibətlərim var. Təxminən bir neçə ay bundan öncə Fərqanə ilə aramızda olan münasibətlər soyuduğu zaman onunla bir müddət görüşmədim. Bu aralarda Fazilə ilə danışan zaman mənə Fərqanənin başqa bir oğlanla görüşdüyünü bildirdi. Fərqanə ilə münasibətlərimiz düzələndən sonra ondan bu haqda soruşdum. O, Fazilənin yalan söylədiyini bildirdi, onunla görüşərək danışmaq, bu məsələni həll etmək istədiyini bildirdi. Lakin Fazilə ilə görüşü alınmadı”.
Fuad daha sonra ifadəsində iyulun 23-də Fərqanə ilə Faziləni görüşdürməsindən, məlum hadisənin baş verməsindən danışıb. O, ifadəsinin sonunda Fərqanənin Faziləni döyməsinin şahidi olduğunu etiraf edib. 
Nizami Rayon Məhkəməsinin hökmü ilə Fərqanə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri