Bakının mərkəzində restoran yandı VİDEO
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində qeydə alınıb.
"112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140kv.m. olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin salon hissəsi 60kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.
Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Oktyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















