Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bakının mövqeyi aydın, dəyişməz və qətidir: Ermənistanın sülh sazişini yubatması müharibə riski yaradır

Bakının mövqeyi aydın, dəyişməz və qətidir: Ermənistanın sülh sazişini yubatması müharibə riski yaradır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, onun ölkəsi Bakı ilə Yerevan arasında sülh sazişinə vasitəçilik etməyə və Azərbaycanın Ermənistanı “işğal etməsinin qarşısını almağa” çalışır.

Bakıvaxtı.az xəbər verir ki, Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə komitənin ermənipərəst iki üzvünün suallarını cavablandırarkən belə bir eskalasiyanın "real risk" olduğunu deyib.

"Biz hələ bu barədə yekun qərar verməmişik, çünki hazırda diqqətimizi onların sülh sazişinə razılaşmasına yönəltmişik - elə bir saziş ki, bu da onların qonşu ölkə olan Ermənistanı işğal etməsinə səbəb olmasın",- Rubio cavab verib.

"Biz bunun baş verməsinin qarşısını almaq istəyirik. Prezident Tramp müharibələrin qarşısını almağa çox çalışır", - dövlət katibi əlavə edib.

"Və biz hər iki tərəfə, xüsusilə də Azərbaycana sülh sazişi imzalamağın, dağıdıcı, ziyanlı və region üçün hazırda ən arzuolunmaz saydığımız müharibəyə girməməyin böyük faydalarını izah etməyə çalışmışıq. "Komandalarımız müəyyən nəticəyə nail olunması və orada silahlı müdaxiləni önləmək üçün bu istiqamətdə çox fəal çalışır".

Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Orucov deyib ki, Marko Rubionun Azərbaycanın Ermənistanı işğal edəcəyi barədə fikir səsləndirməsi əsassızdır və bu, erməni təbliğat maşının uydurmasıdır.

Azərbaycanın Ermənistanı işğal etməki kimi bir planının və niyyətinin olmadığını deyən politoloq qeyd edib ki, rəsmi Bakı sülh gündəliyinə sadiqdir və  hər iki ölkə arasında sülhün imzalanmasında maraqlıdır.

Müsahibimiz nəzərə çatdırıb ki, bunun əksinə olaraq İrəvan prosesi ləngidir və Azərbaycanın beynəlxalq hüquqa və prinsiplərə söykənən haqlı  tələblərini yerinə yetirməkdən yayınır:

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistandan eyni addım atmasını və  bunu praktik həyata keçirməsini gözləyir. Bunun üçün Ermənistan Konstitusiyasında təsbit edilən Azərbaycana qarşı ərazi iddialarını ləğv etməli, ATƏT-in Minsk Qrupunun buraxılmasına  razılıq verməlidir”.

Ə.Orucovun sözlərinə görə, Paşinyan iqtidarı Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tam mətn üzrə müzakirəsi başa çatan Sazişi  imzalanmasını yubatması müharibə riski yaradır və Cənubi Qafqazda kövrək sabitliyə ciddi təhlükə törədir. H\msöhbətimiz izah edib ki, Ermənistanda son dönəmlər Rusiyanın təlimatı və birbaşa dəstəyi ilə revanşistlər fəallaşmaqdadır və Kreml əlaltıları olan keçmiş prezidentlər Köçaryan və Sarkisyanın simasında Paşinyana basqılarını artırır: 

“Bu isə nəticə etibarilə Moskvanın sülh prosesini pozması ilə nəticələnə və İravanın yenidən təcavzkar siyasətə cürətləndirə bilər”.

Əli Oruclu: Prosesi irəliyə aparmaq üçün Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir

Politoloqun fikrincə, ABŞ Administrasiyası Azərbaycana deyil, Ermənistana sülh sazişi imzalamağın, dağıdıcı, ziyanlı və region üçün hazırda ən arzuolunmaz saydığımız müharibəyə girməməyin böyük faydalarını izah etməyə çalışmalı, bu yöndə İrəvana təzyiqlərini artırmalıdır:

Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycana nəyisə izah ehtiyacı yoxdur. Bakının mövqeyi tam aydın, dəyişməz və qətidir:

“Azərbaycan Cənubi Qafqazda sülhə, inkişafa və regionun gələcəyinə qarant ölkə olaraq, davamlı sabitliyə və sülhə nail olunması üçün təşəbbüslərini ardıcıl surətdə davam etdirməkdədir. Təcrübə göstərir ki, Ermənistanla Azərbaycan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçiyə ehtiyac duyulmur və hər üç ölkənin paytaxtları  öz aralarında dil tapa, müəyyən məsələlərdə razılığa gələ bilirlər. Kövrək də olsa etimad mühiti yaradılıb. Sadəcə bu prosesi irəliyə aparmaq üçün Ermənisatnın hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir.”

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri