Icma.az
close
up
RU
Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər Deputat

Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər Deputat

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

 “Vaşinqton razılaşmaları yalnız iki dövlət arasında siyasi sənəd deyil-bu, dünyanın müxtəlif bölgələrində münaqişə, müharibə və işğaldan əziyyət çəkən ölkələr üçün bir ümid simvoludur. Bu razılaşmalırın ideya müəllifi olan Prezident İlham Əliyev təkcə bölgəmizə sülh, əminamanlıq və inkişaf gətirmədi O, eyni zamanda ədalətsizliklərin və işğalın siyasi iradə, milli maraqlar, qətiyyətli mövqe və uzun müddət ərzində düşünülmüş siyasət vasitəsilə həll edilə biləcəyini göstərdi. Vaşinqton razılaşmaları eyni zamanda beynəlxalq münasibətlər sistemində sülhə, sabitliyə və Prezident İlham Əliyevə münasibətdə real  liderliyə olan ehtiyacın əsl göstəricisidr”.
Ölkə.az xəbər verir ki, bunu deputat Şahin İsmayılov Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.  
Deputat bildirib ki, Vaşinqton razılaşmaları ilə Cənubi Qafqaz regionu uzun illərdən sonra real və davamlı sülhə doğru irəliləməyə başlayıb. “Münaqişə zonası olaraq tanınan bu ərazi artıq beynəlxalq təhlükəsizlik sisteminə sabit region kimi daxil olur.
Sülh, sabitlik, qlobal enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin davamlılığı və beynəlxalq hüququn üstünlüyü baxımından da vacibdir”, - o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün mühüm layihələr icra edib.
“Prezident İlham Əliyevin müəllifi olduğu bu layihələr illər sonra Vaşinqtonda imzalanmış və özündə həm də nəqliyyat dəhlizlərinin açılmasını ehtiva edən Vaşinqton razılaşmalarının mühüm komponentidir.
Bu gün Azərbaycan artıq logistika, enerji və ticarət üzrə mühüm tranzit mərkəzə çevrilməkdədir”, - o vurğulayıb.
Deputat bildirib ki, Vaşinqton razılaşmaları, həm də regionda manipulyasiya edən xarici qüvvələrin təsir imkanlarını azaldan sənəd oldu: “Əvvəllər Cənubi Qafqazda qeyri- Cənubi Qafqazda qeyri-sabitlikdən bəhrələnmək istəyən aktorlar, artıq Azərbaycanın prinsipial və balanslı siyasəti qarşısında manevr imkanlarını itirirlər.
Bu razılaşmalar da bir daha göstərdi ki, Azərbaycan regionda sülh istəməyən qüvvələrin deyil, sabitliyin daşıyıcısıdır.
Bu proseslərin mərkəzində dayanan siyasi iradə, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və prinsipial liderliyidir.
Vaşinqton razılaşmalarına gedən yol güclü dövlət quruculuğu, beynəlxalq arenada nüfuzlu diplomatiya və milli maraqlardan geri çəkilməyən mövqe ilə mümkün olub.
Prezident İlham Əliyev sülhü diqtə ilə deyil, diplomatik balans və siyasi güc sinteziylə təmin edən lider kimi beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirib.
Vaşinqton razılaşmaları- sülh diplomatiyasının uğurudur, lakin bu uğurun təməlində milli maraqlara söykənən liderlik və məqsədyönlü dövlət siyasəti dayanır. Bu razılaşma təkcə münaqişəni deyil, əldə edilmiş qələbənin dayanıqlı siyasi formatda dayanıqlı siyasi formatda qorunmasını təmin edir.
Azərbaycan artıq bu regionda problemlərin deyil, həllərin mərkəzidir. Və bu yolun başlanğıcı Prezident İlham Əliyevin düşünülmüş, ardıcıl və prinsipial siyasəti ilə qoyulub.
Zaman və tarix bir-biri ilə bağlı olan anlayışlardır.  Lakin hər keçən zaman tarix olmadığı kimi, baş hər verən hadisə də tarixi hadisə deyil. 
Bölgəmizdə isə yeni tarix yazılır. Yazılan bu tarixin müəllifi isə Prezident İlham Əliyevdir”.
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri