Icma.az
close
up
RU
Bakının Sahil qəsəbəsində qaz olmayacaq

Bakının Sahil qəsəbəsində qaz olmayacaq

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Bu gün Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

AzNews.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, "Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 15 Noyabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri