Icma.az
close
up
RU
“Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür”

“Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə çatdırdı.”

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də təsadüfi seçim deyil: Toyuqlu pizza

“Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bu yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir baxışla birləşdirilməsinin nəticəsidir.

Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin bərpasıdır. Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün nümunəvi təcrübə formalaşdırır.

“Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə bilər”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri