Icma.az
close
up
RU
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür

Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə çatdırdı.” Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də təsadüfi seçim deyil: “Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bu yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir baxışla birləşdirilməsinin nəticəsidir. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin bərpasıdır. Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün nümunəvi təcrübə formalaşdırır. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri