Ağ Ev rəsmisi: Trampın və Amerika xalqının səbri tükənmək üzrədir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hər iki tərəf reallığı qəbul etməli və razılığa gəlməlidir. ABŞ artıq bu müharibədən yorulub".
Oxu.Az xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizama salınması üçün bütün səylərini səfərbər edib: "Tramp sözün əsl mənasında yatmır, gecə-gündüz sülh üçün çalışır. O, İsrail və Qəzzada olduğu kimi, Rusiya və Ukrayna ilə də bunu davam etdirəcək. Müharibə uzun müddətdir davam edir, günahsız insanlar həlak olub. Trampın və Amerika xalqının səbri tükənmək üzrədir".
Ağ Evin rəsmisinin sözlərinə görə, Tramp öz fikirlərini münaqişənin hər iki tərəfinə çatdırıb. O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Ukraynada sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















