Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Bakının Tbilisidən verdiyi mesaj: Yeni alternativ güc

Bakının Tbilisidən verdiyi mesaj: Yeni alternativ güc

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin 6 aprel 2026-cı ildə Gürcüstana dövlət səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın yeni geosiyasi arxitekturası, Avrasiya bağlantıları və Qərblə Şərq arasında formalaşan yeni logistika xəritəsi baxımından tarixi hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Tbilisidə keçirilən yüksək səviyyəli görüşlərdə enerji, nəqliyyat, təhlükəsizlik və regional sabitlik gündəliyinin ön plana çıxması göstərdi ki, Bakı–Tbilisi xətti artıq regional əməkdaşlıq modelindən çıxaraq qlobal strateji platformaya çevrilib”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. 

Deputat bildirib ki, Azərbaycan–Gürcüstan münasibətlərinin əsasında əsrlərə söykənən tarixi dostluq, dövlət səviyyəsində isə qarşılıqlı etimad, suverenliyə hörmət və strateji tərəfdaşlıq dayanır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, “xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı olub” tezisi bu gün siyasi realizmdə daha böyük məna daşıyır. Çünki Cənubi Qafqazda yeni vəziyyət yaranıb və bu yeni şəraitdə Bakı ilə Tbilisi bölgənin sabitlik mərkəzi kimi çıxış edir.
Bu səfər göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də regionun siyasi trayektoriyasını müəyyən edən əsas güc mərkəzlərindən biridir. Gürcüstan isə bu strateji xəttin Qara dənizə və Avropaya açılan qapısı rolunu daha da gücləndirir. Nəticədə iki ölkə birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsində alternativ güc oxu formalaşdırır. 

Səfərin ən mühüm geosiyasi nəticələrindən biri Orta Dəhlizin siyasi dəstəyinin daha da güclənməsi oldu. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu bu gün qlobal ticarətin ən etibarlı alternativlərindən birinə çevrilir.
Azərbaycan və Gürcüstan ərazisindən keçən Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Transxəzər konteyner marşrutları, Qara dəniz liman bağlantıları yalnız iqtisadi layihələr deyil, həm də geosiyasi təsir rıçaqlarıdır.
Rusiya üzərindən Şimal marşrutunun riskli hala gəlməsi, Yaxın Şərqdə artan qeyri-sabitlik və dəniz daşımalarında təhlükəsizlik problemləri fonunda məhz Azərbaycan–Gürcüstan xətti Avropa ilə Asiya arasında ən təhlükəsiz və siyasi baxımdan proqnozlaşdırılan quru bağlantısı kimi önə çıxır. Prezidentin bu səfəri həmin reallığın ən yüksək siyasi təsdiqidir”. 

Deputat əlavə edib ki, səfərin digər mühüm tərəfi regional sülh proseslərinə verdiyi siyasi impulsdur: “Azərbaycan 2020-ci ildən sonra regionda yeni reallıq yaradıb və bu gün əsas prioritet həmin reallığın dayanıqlı sülh arxitekturasına çevrilməsidir.
Gürcüstanın bu prosesdə neytral, balanslı və konstruktiv platforma kimi rolu böyükdür. Tbilisidə aparılan danışıqlar Bakı–Tbilisi tandeminin yalnız iqtisadi deyil, diplomatik sabitləşdirici mexanizm olduğunu bir daha təsdiqlədi. Bu baxımdan səfər Ermənistanla sülh sazişinin yekunlaşması, kommunikasiyaların açılması və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsi prosesini sürətləndirən amillərdən biri kimi dəyərləndirilə bilər.
Əgər regionda sülh tam bərqərar olarsa, Azərbaycan–Gürcüstan xətti təkcə mövcud dəhlizlərin deyil, gələcəkdə Zəngəzur və daha geniş Transxəzər bağlantılarının da mərkəzi sütununa çevriləcək. 

Mövcud qlobal proseslər fonunda Azərbaycan artıq klassik regional dövlət statusunu aşaraq enerji təhlükəsizliyi təminatçısı, nəqliyyat qovşağı, diplomatik vasitəçi, Türk dünyası ilə Avropa arasında bağlayıcı güc, Cənubi Qafqazda sabitliyin əsas təminatçısı kimi çıxış edir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri bu yeni statusun nümayişi oldu. Bu, Azərbaycanın alternativ geosiyasi güc mərkəzi kimi formalaşmasının, Qərb–Şərq, Şimal–Cənub və Türk dünyası–Avropa xətlərinin kəsişməsində əsas aktora çevrilməsinin siyasi mesajıdır.
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərə yeni təkan verməklə yanaşı, bütövlükdə Avrasiya məkanında yeni geosiyasi balansın formalaşmasına xidmət edir. Bu səfər göstərdi ki, Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal tranzit, enerji təhlükəsizliyi və sülh əməkdaşlığı məkanına çevrilməkdədir.

Bu yeni mərhələdə Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı yalnız regionun deyil, Avropa ilə Asiya arasında bütün geoiqtisadi sistemin əsas sütunlarından biri kimi çıxış edir. Məhz buna görə bu səfərin siyasi-tarixi əhəmiyyəti təkcə bu gün üçün deyil, yaxın onilliklərin Avrasiya düzəninin formalaşması baxımından da xüsusi çəkiyə malikdir. 

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan–Gürcüstan münasibətləri yalnız dostluq və qonşuluq münasibətləri deyil, Cənubi Qafqazın gələcəyini müəyyən edən strateji siyasi platformadır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri