Icma.az
close
up
RU
Bakının Tehran və Təl Əviv arasında tarazlıq siyasəti və regional sülhə dəstək

Bakının Tehran və Təl Əviv arasında tarazlıq siyasəti və regional sülhə dəstək

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran və İsrail dilemmasında: neytrallıqdan əməkdaşlığa...

Yaxın və Orta Şərqin mürəkkəb zolağında sabitlik modeli

Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus - balanslı, əməkdaşlığı hədəfləyən, sabitliyə və milli maraqlara əsaslanan siyasət yürüdür. Cənubi Qafqazın geosiyasi mövqeyi ölkəmizi xüsusilə Yaxın və Orta Şərq regionunda tənzimləyici rolda çıxışetmə zərurəti ilə üz-üzə qoyub. Çünki bu coğrafiya yalnız imkanlar, geostrateji dividendlər və logistik qovşaq deyil - eyni zamanda mürəkkəb risklər, toqquşan ideoloji baxışlar, bəzən isə hətta düşmənçilik səviyyəsində anlaşmazlıqlar coğrafiyasıdır. Azərbaycan dövləti isə bütün adekvat və qeyri-adekvat çağırışlara qarşı universal cavab formulu formalaşdırır: çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan, ümumregion mənafeyini təmin edəcək siyasət...

Məhz bu siyasət nəticəsində Azərbaycan müxtəlif blokların, hətta bir-birinə düşmən olan dövlətlərin münasibətlərini balanslaşdıran ölkə kimi tanınır. Türkiyə və İsrail, Suriya və İsrail, hətta müharibənin ilk illərində Rusiya və Ukrayna arasında vasitəçilik təklifi ilə çıxış edən Bakı regional stabilləşdirici faktor olduğunu fəaliyyəti ilə sübuta yetirir. Bunu İran-İsrail münasibətlərinə də şamil etmək olar. Sirr deyil ki, biri digərinin məhvinə çalışan bu iki dövlətlə eyni vaxtda dostluq və ya əməkdaşlıq etmək yalnız peşəkar diplomatiyanın göstəricisi ola bilər.

30 ildən artıq davam etdirilən yol...

Bu kimi məsuliyyətli və peşəkar xarici siyasət kursu çox şeydən xəbər verir. Hələ müstəqilliyin ilk dövrlərindən, 1993-cü ildən başlayaraq Azərbaycan yeni geosiyasi reallıqda özünün dövlətçilik kursunu müəyyənləşdirib - ilk mərhələdə bu kurs regional münaqişələrdən yayınmaq və beynəlxalq sistemdə etibarlı tərəfdaş imici qazanmaq üzərində qurulmuşdusa, illər ötdükcə Bakı sivilizasiyalar, mədəniyyətlər arasında dialoq ünvanına, fərqli siyasi baxışların masa arxasında müzakirələr apardığı bir məkan kimi xarakterizə olundu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji diplomatiyasını formalaşdırmaqla yanaşı, ölkəni beynəlxalq iqtisadi layihələrin əsas oyunçularından birinə çevirdi - bu isə özlüyündə beynəlxalq siyasi sistemə inteqrasiyada olduqca vacib bir rol oynayırdı. Azərbaycan bütün dünya ilə - fərqli qütblərlə, paralel şəkildə bütün qonşularla münasibətləri daha yüksək səviyyədə inkişaf etdirdi. Xarici siyasətdə seçilən əsas xətt isə təcrid olunmaq və ya təcrid etmək deyil, əməkdaşlıq üçün sabitlik formulu idi. Bugünün reallığından boylandıqda əldə olunan nəticələr göz oxşayır:

- Azərbaycan regionun ən aktiv siyasi oyunçusuna çevrilib;

- Qlobal sabitliyin təminatına töhfə verən etibarlı tərəfdaşlardandır;

- Şərq-Qərb, Şimal-Cənub kontentləri üzrə iqtisadi əlaqələr sisteminin ən əsas və aparıcı həlqəsi rolunda çıxış edir;

- Sivilizasiyalararası dialoqun qurulmasında yaxından iştirak edir;

- Nəhayət, sabitləşdirici faktor kimi ön plana çıxır.

Məqsədimiz tərəf tutmaq deyil: bir-birlərini qarşılıqlı şəkildə anlamalarına töhfə verməkdir...

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov I24 News televiziya kanalının fransız redaksiyasına müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Jurnalistin “Ölkəniz və onun Prezidenti getdikcə daha çox vasitəçi rolunu oynayır. Azərbaycan həm İranın, həm də İsrailin dostudur. Bir-birinə düşmən olan bu iki rejimin baxışlarını necə uzlaşdırırsınız, xüsusilə də İranın İsrailin məhvini istədiyi halda?” sualına cavabında E.Əmirbəyov bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasət yürütmüşdür və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur: “Bizim məqsədimiz bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə, konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”. 

Paralel münasibətlər sistemi: açıq, etimada əsaslanan və milli maraqlar çərçivəsində

Həqiqətən də Azərbaycanın İran-İsrail münasibətlərində tutduğu mövqe, sərgilədiyi yanaşma olduqca yüksək sülhpərvər anlam daşıyır. Qeyd edək ki, tarixi, dini və mədəni bağlara söykənən Azərbaycan-İran münasibətləri bütün sahələr üzrə olduqca yüksək səviyyəli dialoqa əsaslanır. Ən son fakt kimi isə İran Prezidentinin ölkəmizə yaddaqalan səfəri və bu səfər çərçivəsində əlaqələrin inkişafına verilən əhəmiyyətin qeyd olunmasını göstərmək olar.

İsrail ilə münasibətlər də mühüm strateji əsaslara söykənir. 1992-ci ildən qurulan  diplomatik əlaqələrdə 2000-ci illərdən başlayaraq hərbi-texniki əməkdaşlıq ön plana çıxıb. İsrail Azərbaycanın mühüm silah tədarükçülərindən birinə çevrilməklə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı və suvarma texnologiyaları üzrə birgə layihələr həyata keçirilir. 2023-cü ildə Azərbaycanın Təl-Əvivdə səfirlik açması isə bu münasibətlərin yeni mərhələsini başlatdı...

Düşmən mövqedəki iki ölkənin baxışları necə uzlaşdırılır: Bakı etimad ünvanıdır

Siyasi analitiklər artıq uzun müddətdir ki, davam edən İran-İsrail qarşıdurmasının siyasi, hərbi və ideoloji xarakter daşıdığını bildirirlər. Tehran açıq şəkildə İsrailin mövcudluğunu qəbul etmir, İsrail isə İranı regiondakı ən ciddi təhlükə hesab edir. Belə şəraitdə Azərbaycan hər iki ölkə ilə münasibətləri eyni vaxtda qoruyub saxlayır. Bunun əsasında Bakının tərəf tutmayan diplomatiyası dayanır. Azərbaycan hər iki ölkə ilə münasibətləri ikitərəfli çərçivədə qurur, inkişaf etdirir, onların daxili münaqişələrinə qarışmır.

Bununla yanaşı, Azərbaycan dolayısı ilə həm də vasitəçi funksiyasını da icra edir. Bakı sübut edir ki, hər iki ölkə ilə əməkdaşlıq mümkündür və bu əməkdaşlıq digərinə qarşı yönəlməyib. Çünki Azərbaycanın xarici siyasətində prinsipial mövqelərdən biri də öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına yol verməməsidir. 1990-cı illərdən etibarən Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkəmizin torpaqları konkret İran əleyhinə platforma olmayıb və olmayacaq. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Azərbaycan heç vaxt qonşularının daxili işlərinə qarışmayıb və öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına icazə verməyib. Bu mövqe beynəlxalq təzyiqlərə baxmayaraq, qorunub saxlanılıb və İranla münasibətlərdə etimad mühiti formalaşdırıb.

Qonşuluq münasibətlərinin inkişaf prioritetləri: gizli diplomatiya mexanizmlərinin üstünlüyü

Ümumiyyətlə, Azərbaycan xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişafına həmişə üstünlük verir. Çünki sabit qonşuluq mühiti olmadan regional əməkdaşlıq və iqtisadi inkişaf mümkün deyil. İranla enerji, nəqliyyat və sərhəd ticarəti sahəsində əməkdaşlıq bu prioritetin nəticəsidir. Digər tərəfdən, İsraillə də münasibətlər Azərbaycanın strateji maraqlarına cavab verir. Enerji ixracı, kənd təsərrüfatı texnologiyaları və müdafiə sahəsində əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi və inkişafı üçün mühüm amil kimi çıxış edir. Paralel olaraq Azərbaycanın siyasətində əsas məqsəd İran və İsrail arasında tərəf tutmaq deyil, konstruktiv mövqe sərgiləməkdir. Bakı çalışır ki, hər iki tərəflə əməkdaşlıq platformaları formalaşdırsın, qarşılıqlı anlaşma imkanlarını genişləndirsin. Bunun bariz nümunəsi Azərbaycanın beynəlxalq tədbirlərdə və BMT çərçivəsində sərgilədiyi mövqedir. Azərbaycan daim dialoqun, əməkdaşlığın və qarşılıqlı hörmətin vacibliyini önə çəkir.

Digər vasitəçilik missiyalarında olduğu kimi, Azərbaycan diplomatiyası bəzi hallarda gizli mexanizmlər vasitəsilə də regionda yumşalmaya doğru yeni imkanlar yaradır. Bakı bütün hallarda ehtiyatlı, tarazlı və məsuliyyətli mövqe tutur. Azərbaycan sübut edib ki, hətta ən mürəkkəb ziddiyyətlər fonunda belə körpüləri yandırmadan siyasət aparmaq mümkündür. Bu, həm dövlətimizin nüfuzunu artırır, həm də ölkəmizi regional sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevirir.

Sülhü qorumaq üçün: Bizim kollektiv məsuliyyətimiz...

Beləliklə, Azərbaycanın İran və İsrail siyasəti beynəlxalq münasibətlərdə unikal nümunədir. Bakı bir tərəfdən sabitləşdirici və sülhyaratma missiyasını üstlənir, digər tərəfdən isə bölgədə iqtisadi ticarət mühiti üçün münbit zəmin yaradır. İranla qonşuluq münasibətləri, İsraillə strateji əməkdaşlıq paralel şəkildə inkişaf etdirilir. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, məsuliyyətli və balanslı siyasət yürütməklə həm özünü, həm də regionu qarşıdurmalardan qoruyur. Elçin Əmirbəyov müsahibəsində onu da bildirib ki, tarix bizə öyrədib ki, böyük böhranlar həm də əməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər: “Buna görə də, eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçün müdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektiv məsuliyyətimizdir”.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see488

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see364

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see336

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see165

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see159

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see150

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see147

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see138

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see137

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see135

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see134

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see132

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see132

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see131

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see130

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see129

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see126

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see118

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see116

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri