Ən pis ssenariyə hazırlıq gedir: Vidalaşın, gizlənmək faydasızdır
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olub. ABŞ-ın İrana mümkün hərbi zərbə endirəcəyi ilə bağlı ehtimallar artmaqda davam edir. "The Jerusalem Post" yazır ki, Vaşinqtonun İrana qarşı əməliyyat riski növbəti 24 saat ərzində yüksək olaraq qalır. Qəzetin məlumatına görə, İranın ali lideri təhlükəsizlik səbəbilə bunkerə çəkilib.
Narahatlıq doğuran məqamlar bununla bitmir. ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qruplarının Yaxın Şərqdə cəmləşməsi və İsrailin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Amerika qoşunlarının ölkəyə yerləşdirilməsinin tamamlanması mümkün hərbi ssenarilərin artıq kağız üzərindən çıxaraq real hazırlıq mərhələsinə keçdiyini göstərir. Ölkə.Az xəbər verir ki, bu fonda İranın Milli Təhlükəsizlik Komissiyasının rəhbərinin “ABŞ əsgərlərinin ailələri ilə artıq vidalaşdığına ümid etdiyini” deməsi qarşıdurmanın ritorikasının nə qədər sərtləşdiyini ortaya qoyur.
Eyni zamanda Tehran açıq mesajlar verməkdən çəkinmir. İran rəsmiləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" təyyarə gəmisinin yaxın görüntülərini yayımlayaraq videoya “Gizlənmək faydasızdır. Harada olduğunuzu bilirik və kamikaze dronlarımız təyyarələriniz havaya qalxmazdan əvvəl sizə çata bilər” kimi təhdidedici ifadələr əlavə ediblər. Bu addım İrana qarşı mümkün hücumun qarşısını almaq üçün çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
İsrail mediası da vəziyyətin ciddiliyini təsdiqləyir. "Channel 13" xəbər verir ki, nüvə enerjisi ilə işləyən "USS Abraham Lincoln"un rəhbərlik etdiyi ABŞ zərbə qrupu Yaxın Şərqə çatıb və İran sərhədlərinə yaxın mövqedə yerləşdirilib. Məlumata görə, bu yerləşdirmə İrana qarşı mümkün hərbi kampaniyaya hazırlıq xarakteri daşıyır. Yaxın günlərdə bölgədə THAAD raketdən müdafiə sisteminin də yerləşdirilməsi gözlənilir ki, bu da Vaşinqtonun yalnız hücum deyil, eyni zamanda cavab zərbələrinə qarşı müdafiə ssenarilərini də hesabladığını göstərir.
Bu hərbi fonun üzərində isə diplomatik xəbərdarlıqlar səslənir. Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sky News Arabia"ya müsahibəsində İranda baş verən proseslərin rejim dəyişikliyinə gətirib çıxaracağına inanmadığını bildirib. O, ABŞ-yə açıq mesaj verərək belə bir ssenarinin regionu daha da qeyri-sabit edəcəyini vurğulayıb: “Amerikalı dostlarıma məsləhətim budur: bunu başqa bir Venesuelaya çevirməyin.”
Fidanın sözlərinə görə, Tehran danışıqlara açıqdır, lakin dialoq elə aparılmalıdır ki, İran özünü tamamilə küncə sıxışdırılmış hiss etməsin. Əks halda, onun sözləri ilə desək, “ən pis ssenariyə hazırlaşmaq” qaçılmaz olacaq.
Mövcud mənzərə göstərir ki, tərəflər hələlik birbaşa toqquşmadan çox psixoloji təzyiq, güc nümayişi və mövqe savaşı aparır. Lakin hərbi qüvvələrin bu qədər yaxın məsafədə və yüksək hazırlıq səviyyəsində yerləşdirilməsi riskləri ciddi şəkildə artırır. Bu mərhələdə əsas təhlükə planlaşdırılmış hücumdan daha çox, səhv hesablanmış addımın sürətlə nəzarətdən çıxmasıdır. Yaxın Şərq yenidən kritik bir yol ayrıcındadır və növbəti addım bütün region üçün uzunmüddətli nəticələr doğura bilər.
Miri
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















