Icma.az
close
up
RU
“Serab” diplomatiyası: Tehran Təl Əviv söz duelində yeni mərhələ

“Serab” diplomatiyası: Tehran Təl Əviv söz duelində yeni mərhələ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkiyanın İsrailin Baş naziri Benyamin Netanyahunun İran xalqına yönəlmiş çağırışına verdiyi sərt cavab, iki ölkə arasındakı gərgin siyasi atmosferin daha da qızışdığını göstərir.

Netanyahu videomüraciətində İran xalqını küçələrə çıxmağa, hakimiyyətə qarşı etiraz etməyə səsləyərək, həm açıq siyasi təxribat, həm də daxili qarışıqlıq yaratmaq məqsədini gizlətmədi. İrana su yardımı təklifini ön plana çıxaran İsrail lideri, bunun qarşılığında ictimai itaətsizlik formalaşdırmağı hədəfləyib.

Bu çıxış, 12 günlük müharibənin ardınca edildiyindən. həm zamanlama, həm də ton baxımından regional və beynəlxalq müstəvidə provokativ addım kimi qiymətləndirilir.

Pezeşkiyanın “serab” ifadəsi ilə verdiyi cavab isə ritorikanın simvolik gücünü önə çıxarır. O, İsrailin Qəzza zolağında tətbiq etdiyi blokada və humanitar yardımın qarşısını alma siyasətinə işarə edərək, bu cür vədlərin etibarsız və aldatmaya hesablandığını vurğulayıb. İran prezidentinin arqumenti, İsrailin real humanitar vəziyyəti ağırlaşdıran addımlarını ön plana çəkərək, onun regiondakı imicini zədələməyə yönəlib.

Bu polemika həm də tərəflərin informasiya müharibəsində yeni mərhələyə keçdiyini göstərir. Netanyahu, İran cəmiyyətində daxili narazılıqları alovlandırmaq üçün “humanitar dəstək” mesajından vasitə kimi istifadə edir. Pezeşkian isə bu cəhdi həm ikili standartların nümunəsi, həm də regional auditoriyada inandırıcılıqdan uzaq jest kimi təqdim edir.

Nəticə etibarilə, “serab” metaforası təkcə İran-İsrail münasibətlərinin ritorik səviyyədə sərtləşməsini deyil, həm də tərəflərin bir-birinin legitimliyini zədələmək üçün psixoloji və simvolik vasitələrə üstünlük verdiyini göstərir.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri