Bakıxanovda sakinlər qazsız qalıb KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksinin sakinləri səhər saatlarından etibarən qazsız qalıblar.
KONKRET.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, problem hələ də aradan qaldırılmayıb və mənzillərə təbii qazın verilişi bərpa olunmayıb. Məsələ ilə bağlı kompleksin komendantlığından sakinlərə verilən məlumata görə yaşayış kompleksindəki 7-ci binanın sakinlərindən biri su xəttini səhvən qaz xəttinə qoşub.
İddialara görə, nəticədə qaz sisteminə su dolub. Bu isə təkcə bir binada deyil, 8 binada qaz təchizatının dayanmasına səbəb olub. Hazırda qaz xətlərində yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilir.
Sakinlər deyirlər ki, səhərdən bəri qazın olmaması məişətdə ciddi çətinliklər yaradıb. Xüsusilə yemək hazırlanması və isti su təminatında problemlər yaranıb.\\musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 İyun 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















