Bakıya gələn Kristine Qriqoryan DOSYE
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Melaniya Arutyunyan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın Bakıya gəldiyini bildirib. O, qeyd edib ki, K.Qriqoryan Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak edəcək. Onun səhər saatlarında Bakıya gəldiyi, axşam İrəvana qayıdacağı da əlavə edilib.
Bəs, Azərbaycana gələn Kristine Qriqoryan kimdir?
Modern.az erməni xidmət rəhbərinin dosyesini təqdim edir:
Kristine Qriqoryan 1981-ci ildə Sevan şəhərində anadan olub. O, 12 ildən artıq müddətdə dövlət orqanlarında - Ermənistan parlamentinin Aparatında, Ədliyyə Nazirliyində, baş nazirin birinci müavininin Aparatında çalışıb.
2016-2017-ci illərdə Avropa Şurasında insan hüquqları üzrə milli ekspert vəzifəsində işləyən Kristine 2019-cu ilin iyulunda Ermənistan ədliyyə nazirinin müavini vəzifəsinə, həmin ilin aprelində isə ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. K.Qriqoryan 2022-ci il yanvarın 24-də parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən Ermənistanın Ombudsmanı seçilmişdi. Bir il bu vəzifədə çalışdıqdan sonra istefa vermişdi. Kristine Qriqoryan 2023-cü il oktyabrın 4-də Baş nazir Nikol Paşinyanın sərəncamı ilə bu posta təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















