Bakıya gələn rusiyalı turistlər nələr danışdı? VİDEO
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"CBC TV" Azərbaycana gələn rusiyalı turistlərin təəssüratlarını öyrənib.
Ölkə.Az xəbər verir ki, onlar Bakının gözəlliyindən, təhlükəsizliyindən və qonaqpərvərliyindən bəhs ediblər.
"Biz İçərişəhərdə, Heydər Əliyev mərkəzində olduq - hər şey zəngin, təmiz, gözəl görünür. Yeməklər çox dadlıdır. Bakı pomidoru sadəcə möhtəşəmdir", - rus turislərdən biri deyir.
İlk dəfə Bakıda olduğunu söyləyən digər qonaq isə paytaxtın atmosferini bəyəndiyini və yenidən gələcəklərini bildirib: "Harada insanlarla ünsiyyətə girirdik onların necə xeyirxah olduğunun şahidi olurduq".
"Gəzmək, istirahət etmək təhlükəsizdir. Həmçinin şəhər çox təmizdir. Biz mütləq geri qayıdacağıq. Burada müxtəlif mədəni istirahətlər şərait yaradılıb", - daha bir rusiyalı turis vurğulayıb.
Azərbaycan mətbəxindən danışan qonaqlardan biri qoyun ətinin Rusiyadakından daha dadlı olduğunu dilə gətirib.
Miri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 28 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















