Icma.az
close
up
RU
Bakıya “İncəsənət uçuşu” gələcəyi duyduracaq

Bakıya “İncəsənət uçuşu” gələcəyi duyduracaq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünyaca məşhur yerli və beynəlxalq sərgilərin təqdimat marafonu

Oktyabrın 30-dan noyabrın 1-dək Bakıda artıq ikinci dəfə təşkil olunan “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində şəhərin müxtəlif məkanlarında beynəlxalq və Azərbaycan müasir incəsənətini əhatə edən sərgilər təqdim olunacaq.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq və üç gün davam edəcək incəsənət həftəsonunun sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular üzərində düşünmək imkanı yaradacaq.

Xatırladaq ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

Sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Proqramın mühüm layihələrindən biri çinli rəssam Canq Cinin (Zhang Ji) fərdi sərgisi Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Canq Ci “Həqiqət dərisi” (The Skin of Truth) silsiləsində dini memarlığa müasir elmi və texnoloji dünyada da öz əhəmiyyətini qoruyan qədim bir həqiqətin izi kimi yanaşır. Rəssam məscid, sinaqoq və kafedrallarda rast gəlinən memarlıq naxışlarından ilhamlanaraq onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir. Əsərlərin yaradılma prosesi olduqca uzun vaxt və səbir tələb edir. Canq Ci şpris vasitəsilə boyanı kətanın üzərinə çox incə və dəqiq şəkildə tətbiq edir. Bəzi əsərlərin hazırlanmasında hər biri 170 millilitr olmaqla, 120-yə qədər boya tubundan istifadə olunur.

Proqramın digər beynəlxalq layihələrindən biri italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəridir. Heydər Əliyev Mərkəzində baş tutacaq layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto altı onillikdən artıq yaradıcılığı boyunca güzgüdən tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün istifadə edib. Onun 1960-cı illərdə yaratdığı “Güzgü rəsmləri” seriyasında tamaşaçının əksi birbaşa əsərə daxil olaraq hər qarşılaşmanı fərqli və bənzərsiz edir. “Əbədiyyət güzgüsü”ndə müəllif bu ideyanı rəqəmsal dövrün imkanları ilə davam etdirir. Layihə süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır.

Heydər Əliyev Mərkəzində baş tutacaq növbəti sərgi dünyada məşhur amerikalı sənətçi Cudi Çikaqonun (Judy Chicago) “Qadınlar dünyanı idarə etsəydilər” (What if women ruled the world) layihəsidir. Əsər Bakı ilə yanaşı, regionda da ilk dəfə təqdim edilir. “DMINTI” ilə əməkdaşlıq çərçivəsində yaradılan bu interaktiv və daim inkişaf edən layihə tamaşaçıları Çikaqonun irəli sürdüyü sualları cavablandırmağa və dünyanın müxtəlif ölkələrindən toplanan cavablar əsasında formalaşan fiziki və rəqəmsal yorğanın yaradılmasına töhfə verməyə dəvət edir.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndələrini də bir araya gətirəcək.

Maraqla gözlənilən növbəti layihələrdən biri də “Təbiət danışanda.Varislər” (When nature speaks. Heirs) immersiv sərgisidir. Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində təqdim olunacaq layihə müasir incəsənət, memarlıq, texnologiya, səs və performans vasitəsilə insan və təbiət arasındakı münasibəti araşdırır. Qafqazın “Böyük Beşliyi”dən ilhamlanan beş bölmədən ibarət sərgi yaddaş, biomüxtəliflik və gələcək qarşısında məsuliyyət mövzularını ön plana çıxarır. Layihənin mərkəzində Leyla Əliyevanın canlılar aləminə empatiya, mərhəmət və həssas münasibəti əks etdirən əsərləri dayanır.

Festivalın əsas mövzusu olan “Böyük Beşlik”in və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri “Var Yox” platformasının “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures – An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları ölkənin “Böyük Beşliyi” ilə əlaqələndirir.

Azərbaycanın tanınmış müasir incəsənət nümayəndəsi, rəssam Aydan Salahovanın “Qız qalası” (Maiden Tower) adlı fərdi sərgisi isə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunacaq. Rəssamın uşaqlıq xatirələri və emosiyalarından ilhamlanan layihə Qız qalası haqqında regionun ən qədim və məşhur əfsanələrindən birini poetik sənət dili ilə təqdim edir.

İçərişəhərdə yerləşən “QGallery” sərgi salonunda rəssam Faiq Əhməd və Fərid Rəsulovun ortaq “Yaddaşdan ötə” (Beyond Memory) sərgisi festival müddətində təqdim olunacaq. Sərgi Faiq Əhməd və Fərid Rəsulovun “Azərxalça” ASC ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn əsərləri vasitəsilə mədəni yaddaşın necə qorunduğunu və zamanla necə dəyişdiyini araşdırır. “Yaddaşdan ötə” ənənəni keçmişdə qalan sabit bir anlayış kimi deyil, daim yenilənən və yeni məna qazanan canlı proses kimi təqdim edir. Fərid Rəsulov isə yaddaşa gündəlik həyatımızın içindən yanaşır. Ev interyerləri, memarlıq elementləri və tanış əşyalar vasitəsilə keçmişin yaşadığımız məkanlarda və ətrafımızdakı predmetlərdə necə iz buraxdığını araşdırır. İki sənətçinin yanaşması bir araya gələrək mədəniyyətin necə formalaşdığını, qorunduğunu və nəsildən-nəslə necə ötürüldüyünü göstərir.

“Atəş Hub” platformasının “Sayrışan simvollar” (Shimmering Symbols) qrup sərgisi Şirvanşahlar Sarayında keçiriləcək. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının yerini araşdırır. Sərginin mərkəzində “Qafqazın Böyük Beşliyi” — Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu heyvanlar həm biomüxtəlifliyin nadir nümayəndələri, həm də kollektiv yaddaşda formalaşmış simvolik obrazlar kimi təqdim olunur. “Sayrışan simvollar” “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Sərgidə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova iştirak edirlər.

Elnarə Nəsirlinin “Fluxus Space”də təqdim olunacaq “Məhdud reallıqlar” (İsolated Realities) sərgisi canlı orqanizmlə onu əhatə edən mühit arasındakı qarşılıqlı əlaqəni araşdırır. Orqanizm ətraf mühitə uyğunlaşmaqla yanaşı, özü də həmin mühiti dəyişdirir və bu proses müxtəlif fiziki və bioloji izlər yaradır. Sərgi məkan, təkrarlanma və bioloji izlər vasitəsilə bu qarşılıqlı təsirin necə formalaşdığını göstərir. Layihə, həmçinin lokal dəyişikliklərin daha böyük, qlobal ekoloji proseslərə təsirini araşdırır. Elnarə Nəsirlinin əsərləri elmi müşahidə ilə bədii və poetik yanaşmanı bir araya gətirir.

Rəşid Əl Xəlifənin (Rashid Al Khalifa) İçərişəhərdə, “Bakı Xanlar Bağı”da sərgilənəcək “Yeşik labirinti – ağ” (Crate Maze – White) adlı instalyasiyasında emal boyası ilə rənglənmiş saxlama yeşikləri ticarətin metaforu kimi təqdim olunur. Bu yeşiklər bir tərəfdən sərvəti, digər tərəfdən isə qiymətli malları, fikirləri və mədəni mübadiləni qoruyan, lakin eyni zamanda, onları məhdudlaşdıran qəfəsəbənzər strukturları simvolizə edir. Həndəsi tərtibatı, ətrafındakı dəyişən işıq və kölgələr, həmçinin insanı

Bundan əlavə, festival günlərində ziyarətçilər “Artefact Gallery”də azərbaycanlı müasir rəssam Nəzrin Məmmədovanın “QUALIA: TRACE / CODE”, “Gazelli Art House”da Manal Əl-Dəvayan, Sofiya Əl-Mariya, Raya Kassisiyə, Almagül Menlibayeva, Elnarə Nəsirli və Əzizə Qədirinin əsərlərini bir araya gətirən “Hər şey qatlanır, açılır, yenidən qatlanır” (Everything Folds, Unfolds, Folds Again) adlı qrup sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsini, multidisiplinar rəssam Mədinənin yaradıcılığını əks etdirən “Xalçalar diyarı” (Land of Carpets) sərgilərini də izləyə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri