“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının rəsmi saytında qeydiyyat başladı!
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin rəsmi saytı (www.bakuartweekend.az) artıq fəaliyyətdədir. Saytda festivalın proqramı da incəsənətsevərlərin ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək festivalın proqramında şəhərimizin müxtəlif ünvanlarında keçiriləcək 40-dan çox tədbir yer alıb.
Festivalda iştirak üçün saytda qeydiyyatdan keçmək mütləqdir və bu xidmət artıq bu gündən aktivdir. Qeydiyyatdan keçən hər kəsə e-mail ünvanına QR kod göndəriləcək. Festivalın əsas dəstəkçilərindən olan RİİB könüllüləri festival müddətində QR kodların yoxlanılması və ümumilikdə iştirakçıların düzgün istiqamətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda, festival zamanı uşaqlar üçün təşkil olunacaq əyləncəli proqramda iştirak edəcək hər bir uşağın da valideynləri qeydiyyatdan keçirməlidir. Festival zamanı bütün fəaliyyətlər ödənişsizdir.
Əlavə məlumat və suallar üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















