Icma.az
close
up
RU
Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy tədbiri keçiriləcək

Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy tədbiri keçiriləcək

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Oktyabrın 31-dən noyabrın 2-nə qədər Bakıda incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbir keçiriləcək.
Demokrat.az-ın məlumatına görə, "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Fondun vitse-prezidenti, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevadır. O, tədbirin əhəmiyyətini belə dəyərləndirir: "Bakıya uçuş - İndi duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür".
Tədbirin əsas mövzusu - suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Fly to Baku Art Weekend. Sense the Future NOW" incəsənət festivalının açılışı olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən "My Seas, My Oceans" adlı sərginin də açılışı olacaq.
Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən "Dance Ability" qrupunun festival üçün hazırlanan immersiv tamaşası nümayiş olunacaq.
Festival müddətində Bakının bir çox simvolik abidələri - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq. Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma təşəbbüsləri vasitəsilə "İncəsənət həftəsonu" layihəsi həm Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının əks-sədasını ön plana çıxaracaq.
Üçgünlük tədbir müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin Nəbizadənin "Sonuncu dalğa" kinetik instalyasiyası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və ekologiyanı birləşdirən çoxşaxəli "Püstə ağacı: yaddaşın kökləri" layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri, Firuzə Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı məşğuliyyətlərdən ibarət xüsusi proqram, "Baku Steel Art 2025" festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq, mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya ziyarətləri də təqdim edəcək.
"İncəsənət həftəsonu"nun proqramına daxil olan bəzi sərgilər oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi saytdan izləmək mümkün olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri