Bakıya yağan yağış aylıq normanın 589% ni təşkil edib
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb.
Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.
Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589%-ni təşkil edib.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran, Xızıda 15, Oğuzda 14, Xaltan, Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız, Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq, Gədəbəydə 4, İsmayıllı, Xaçmaz, Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 May 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















