Icma.az
close
up
RU
“Baku Elektroniks” və “TBC Bank”ın adları Meydan TV işində keçir Araşdırma

“Baku Elektroniks” və “TBC Bank”ın adları Meydan TV işində keçir Araşdırma

Icma.az, Tribuna saytına istinadən bildirir.

Meydan TV ilə bağlı cinayət işində iki kommersiya qurumunun adı keçməkdədir. Tribunainfo.az bildirir ki, bu proseslə bağlı diqqət çəkən detallardan biri ölkəyə pul gətirilməsində “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovanın adının hallanmasıdır. İkinci xüsusi nüans isə pul köçürülməsinin “TBC Bank” adlı bank olmayan təşkilatın vasitəsi ilə həyata keçirilməsidir. Belə ki, bu haqda Baku TV tərəfindən hazırlanmış geniş süjetdə bəhs olunub. Süjetdə deyilir ki, “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə maliyyə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib. Bu vəsaitlər təkcə Şirməmmədovanın sözügedən hesabından qəbul edilməyib. Materialda vurğulanır ki, ümumilikdə təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və “Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub. Maraqlıdır ki, “Baku Elektroniks” öz ə əməkdaşının, baş əməliyyatçının bu fəaliyyətindən nə dərəcədə məlumatlı olub? Ümumiyyətlə, mağazalar şəbəkəsinin bu işlə nə əlaqəsi var? Həmçinin, “Bank TBC” təşkilatı hesaba köçürülən maliyyə ilə bağlı hər hansı dəqiqləşdirmələr aparıbmı?
Xatırladaq ki, Meydan TV ilə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin (BJM) faktiki rəhbəri Ülvi Tahirovun ətrafında davam etdirilən araşdırmalarla onun həyat yoldaşı, “Yuva” Humanitar Mərkəzinin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqələrdə olan FEMACT MMC-nin direktoru feminist Pərvanə Məmmədova barəsində bir sıra detallar açıqlanıb. Belə ki, sözügedən şəxslər barəsində 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə müxtəlif qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən maliyyə vəsaitləri əldə etmə faktları müəyyən olunub.
Məsələn, 2016-2022-ci illərdə İsveçin “Kvinna till Kvinna” donor təşkilatından “Gənc Qadın və Qızların Liderlik Proqramı” (Young Women and Girls Leadership Program), “Gənc qadınların cəmiyyətdə sülhyaratma fəallığı” (Young women”s peacebuilding activism in the society), “Ümid Mərkəzi – Gənc Qadınların Gücləndirilməsi” (Umid (Hope) Center -Young Women Empowerment) və “COVID-19-a cavab olaraq ÜMİD icmasına dəstək” (Support to UMID community as response to COVID-19) adlı layihələr üzrə 600500 manat, həmçinin, 2022-2023-cü illərdə Birləşmiş Krallığın “Müharibə və Sülh Xəbərləri İnstitutu” (IWPR – Institute for War and Peace Reporting) donor təşkilatından “Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdırılması prosesində gender məsələsinin ön plana çıxarılması (Gender mainstreaming of resettlement process of IDP from Karabakh) layihəsi üzrə 73000 manat sözügedən dəstənin ixtiyarına verilib. Yazıda adı keçən tərəflərin açıqlamalarını işıqlandırmağa hazırıq.

Nurlan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri