Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

“Baku Open 2025”: bağlanış mərasimi keçirildi

“Baku Open 2025”: bağlanış mərasimi keçirildi

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq mərasimdə Azərbaycan şahmatının unudulmaz anlarına həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək Azərbaycanın dünyada həm də şahmat ölkəsi kimi tanındığı bildirib. AŞF rəhbəri şahmatçılar adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Ardınca “Baku Open 2025”ə həsr olunan qısa icmal videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən FIDE-nin VI prezidenti Kirsan İlyumjinov Azərbaycan şahmatçılarının daim mötəbər yarışlarda uğur qazandığını söyləyib. K.İlyumjinov dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramının imzalandığını xatırladıb və şahmatçıların uğurunu Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi qayğının nəticəsi olduğunu deyib. FIDE-nin VI prezidenti 2016-cı ildə Bakıda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasını şahmat tarixinin ən yaxşı olimpiadası olduğunu bildirib.

Sonra yarışın yekun nəticələri açıqlanıb. 8 yaşadək qızların yarışında Nazlı Rüstəmli, oğlanlarda isə Daniel Konovalov birinci yeri turub. Bu yaş kateqoriyasında qalib və medalçılara mükafatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

10 yaşlılar arasında turnirdə Yang Youpinq (Çin) və Yusif Əhədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 12 yaşadək iştirakçılar arasında Əsnad Baxşızadə və Əkbər Mirzəyev birincilik qazanıb.

B qrupunda qadınlarda Dinara Hüseynova, oğlanlarda isə Nikolaz Çikalidze (Gürcüstan) hamıdan çox xal toplayaraq qalib olub. U16 nominasiyasında Roman Şoqdziyev (FIDE) mükafata layiq görülüb. “Baku Open” yarışının A qrupunda Ayan Allahverdiyeva və Aleksandr İndciç (Serbiya) yarışın qalibi adını qazanıb. Turnirin qalibinə xüsusi hazırlanmış kuboku Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

“Baku Open 2025” çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da keçirilib. Vüqar Bayramov ölkə çempionu olub. Asəf Abdullayevlə Mehman Abbasov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 90 yaşlı Şərail Avazova ən yaşlı iştirakçı kimi xüsusi mükafat təqdim olunub.

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri