Icma.az
close
up
RU
“Baku Tango Therapy” məktəbi beş illiyini qeyd etdi AZƏRTAC

“Baku Tango Therapy” məktəbi beş illiyini qeyd etdi AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 dekabr, Anara Axundova, AZƏRTAC

Tanqo sənəti indi çox fəal inkişaf edir, Bakıda məktəblərin sayı artır. Ümumilikdə yerli tanqo icması çox da yaşlı deyil – cəmi on yaşı var. Amma burada bütün məktəblərin, şəhərin bütün müəllimlərinin böyük əməyi var.

AZƏRTAC xəbər verir ki, bu barədə xoreoqraf Lenay Seyidəli-zadə Beynəlxalq Tanqo Gününə və “Baku Tango Therapy” Argentina tanqo məktəbinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Bayram konserti Bakıdakı Rus evində olub və çoxlu sayda qonaq və iştirakçını bir araya toplayıb.

Tamaşaçılara Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, pianoçular Ləman Qulamova və Səidə Tağızadə, rəqqasə Çiçək Abbaszadə, ifaçı Hüseyn İrzayev və aktyor Raul Kərimxanovun ifasında musiqili və rəqs nömrələri təqdim olunub. Gecədə, həmçinin paytaxtın qonaqları - rəqs edən cütlük Onur Hakkı Köçer və Fatimə Əzimova çıxış edib. Sonra “Baku Tango Therapy” məktəbinin şagirdlərinin nümunəvi çıxışı olub.

Konsert hissəsi başa çatdıqdan sonra bayram milonqası (iştirakçıların müxtəlif partnyorlarla tanqo rəqs etdiyi tədbir) başlayıb. Tədbirin tanqo diceyi müəllim və tanqero İlham Osmanov olub.

“Baku Tango Therapy” rəqs məktəbinin yaradıcısı, Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqraf, müəllim, “Gülüstan” rəqs ansamblının rəhbəri Lenay Seyidəli-zadə AZƏRTAC -ın müxbiri ilə söhbətində məktəbin 5 ildə keçdiyi yoldan danışıb.

“Yol kifayət qədər dolğun və çətin idi. Bu müddət ərzində biz ölkənin müxtəlif universitetlərində onlarla müxtəlif ustad dərsləri keçirdik və “Azerbaijan Dance Festival-2023” rəqs müsabiqəsində vitse-çempionluq qazandıq. Daha əvvəl isə 2022-ci ildə dissertasiya işi olaraq “Mələyin ölümü” tanqo tamaşasını səhnələşdirdim - bu da nəhəng bir iş idi. Əlbəttə ki, çətin idi. Onu da nəzərə alaq ki, məktəbin yaradılması pandemiyanın başlanğıcı dövrünə təsadüf etmişdi, - deyə həmsöhbətimiz xatırlayır. - Məktəbi 2019-cu ilin noyabr ayının sonunda Bakıda Üçüncü Tanqo Festivalı dövründə açdım. 2020-ci ilin mart ayında pandemiya səbəbindən dərslər dayandırıldı. Təbii ki, nə dərslər, nə də milonqalar keçirilə bilərdi. Lakin müəyyən daxili güc və yaxınlarımın dəstəyi pandemiya bitdikdən sonra işimi davam etdirməyə kömək etdi”.

Xoreoqrafın sözlərinə görə, tanqo hazırda Bakıda çox populyardır.

“Əgər əvvəllər həftədə 1-2 milonqa olurdusa, indi şəhərdə həftədə 5 milonqa keçirilir. Əslində bu, o qədər də çox deyil. Məsələn, başqa ölkələrdə eyni şəhərdə eyni gündə müxtəlif məktəblərdən 2-3 milonqa ola bilər. Amma Bakıda biz, məktəblər tədbirlərimiz üst-üstə düşməsin deyə milonqa günlərini çox diqqətlə bir-birimizlə əlaqələndiririk. Bu, etiketin bir hissəsidir, çünki tanqonun öz etiketi var. Hər kəs, xüsusən də müəllimlər buna əməl etməlidir”, - deyə Lenay Seyidəli-zadə vurğulayır.

Lenayın özünə gəlincə, onun tanqoya marağı çox erkən yaşlarından başlayıb.

“Hələ məktəbli ikən Astor Pyatsollanın musiqisini sevirdim. Mən başqa rəqs növləri ilə məşğul olarkən daim bu musiqiyə qulaq asırdım. Amma sonra dərk etdim ki, tanqo uşaq rəqsi deyil, bunun üçün yetkin olmaq lazımdır. 21 yaşımda tanqo dərslərinə yazıldım və bu yol belə başladı. Amma o, 2016-cı ilin sonundan, məni tanqo məktəblərindən birinə assistent kimi dəvət edəndən sonra peşəkar şəkildə inkişaf etməyə başladı”, - deyə xoreoqraf bildirib.

Tanqo məktəbini yaratmaq onun üçün asan addım deyildi.

“Tanqo məktəbi açmağa qərar verəndə özümə çox tənqidi yanaşırdım. Halbuki o vaxta qədər artıq müəllimlik təcrübəm var idi: bir neçə il idi ki, Azərbaycan xalq rəqslərini uşaqlara və böyüklərə tədris edirdim. Mən öyrətməyi sevirəm. Amma müəllim olmaq çox çətin fəaliyyətdir, mən buna çox həssas yanaşıram”, - deyə Lenay qeyd edir. - Müəllim dərsin metodikasını tərtib etməyi bacarmalı, nəyi öyrədəcəyini dərk etməli, hər bir şagirdə fərdi yanaşma tapmağı bacarmalıdır. Beş il əvvəl, böyük şübhə ilə düşünürdüm: bu yola başlamağa - öz məktəbimi açmağa dəyərmi? Mənim peşəkar keçmişim buna imkan verdi. Zaman da göstərdi ki, bu, düzgün addım oldu”.

Söhbətin sonunda Lenay Seyidəli-zadə məktəbin növbəti il üçün planlarından da danışıb: “Bir neçə ay əvvəl “Rəqs emalatxanası” layihəmə start verdim. Beləliklə, Bakıda əyani, digər ölkələr üçün onlayn olaraq ustad dərsləri və seminarlar keçirəm. Bu layihə çərçivəsində, eyni zamanda, yeni ildən rəqsin müalicəvi tərəfi üzərində intensiv işləmək istəyirəm, çünki buna ehtiyac duyuram. “Mələyin ölümü” tamaşamı bərpa etmək istəyirəm. Təbii ki, bu, sponsor axtarışına bağlıdır, çünki layihə irimiqyaslıdır: truppada 42 nəfər var, kostyumlar və rekvizitlər lazımdır, məkan icarəyə götürülməlidir və s. Hər şey alınarsa, bu tamaşada yenidən baş rolu oynayacağımdan əmin deyiləm. Çünki baş rolu oynamaq və bütün prosesə rəhbərlik etmək çox çətindir. Nəhayət, ən vacib plan isə insanlara bir qədər fayda və xoşbəxtlik gətirməyə davam etməkdir. Biliyi, enerjini paylaşmaq, şagirdlərinin dərsdən-dərsə gözlərinin getdikcə daha çox parıldamağa başladığını görməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri